TƏCİLİ! Köçəryanla bağlı QƏRAR VERİLDİ - İrəvan bu addımı da atacaq
19 İyun 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
118
19.06.2026, 17:00
Oxu24.com xəbər verir ki, son dövrlər rəsmi Tehranın Cənubi Qafqaz regionunda, xüsusilə də Azərbaycana qarşı yönəlmiş kəskin ritorikası və aqressiv bəyanatları beynəlxalq analitiklər və siyasi dairələr tərəfindən diqqətlə izlənilir. İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, regional kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar İran tərəfində ciddi və əsassız təşvişə səbəb olub. Tehranın mütəmadi olaraq səsləndirdiyi “sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik” tipli bəyanatları, əslində, onun bölgədəki tarixi təsir imkanlarını itirmək qorxusundan və özünə yer eləmək cəhdindən xəbər verir. Bəs İranın bu əsassız ritorikasının və gərginliyi artırmaq cəhdlərinin arxasında hansı gizli siyasi-strateji maraqlar dayanır?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Tofiq Abbasov regionda cərəyan edən prosesləri və Tehranın davranışlarını tənqid edib.
“İran yox yerdən prosesi gərginləşdirir"
Politoloq Tofiq Abbasov ilk növbədə İranın bu sərt ritorikasının ümumiyyətlə heç bir məntiqli bir dəlillə doğrula bilməyəcəyini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, faktiki olaraq İranın heç bir maraqlarına Qafqaz bölgəsində təhlükələr yaranmır, digər tərəfdən isə İran özü də başa düşməlidir ki, faktiki olaraq yox yerdən burda prosesi gərginləşdirir.
Ekspertin fikrinə görə, İran tərəfi indi bu prosesləri o Körfəz ətrafında gedən cərəyanlarla əlaqələndirir. Bu xüsusda Qərb mətbuatının da artıq "İran diplomatiyası Amerikaya qalib gəldi, digər tərəfdən İran öz mövqelərindən geri çəkilmədi" kimi tezislər yazdığını xatırladan politoloq, İsrailin və Amerikanın istədiklərinin baş tutmadığını və o baxımdan Tehranda hazırda bir növ eyforiya fason bir şeyin yarandığını bildirir. Lakin o, bunların sırf ayrı-ayrı məsələlər olduğunu diqqətə çatdırır.
Tofiq Abbasov ümumiyyətlə İranın özünün Qafqaz bölgəsində mövcudluğunu təsdiqləmək istəyinin məhz belə bir tərzdə yer aldığını düşünür. Çünki vaxtilə Qafqaz bölgəsinin məhz elə İranın, xüsusən Qacarlar dövründə İranın təsiri altında olduğunu bildirən ekspert, sonradan onların Rusiyaya dair hücum siyasətini yeritməyə başladıqlarını, iki-üç hərbi kampaniyası əsnasında məğlub olduqlarını və demək olar ki, zaman-zaman İranın Qafqazdakı mövqelərinin zəiflədiyini əlavə edir:
“İndi isə İran bir növ özünə məqam seçir ki, “indi vaxtdır və biz bu prosesləri yenidən canlandırmalıyıq”.
“Zəngəzur dəhlizi ilə bağlı narahatlıq yersizdir”
Daha sonra politoloq rəsmi Tehranın əsas bəhanələrindən birinə toxunaraq bəyan edir ki, əgər Zəngəzur dəhlizi ilə bağlı İranın özünün narahatlığı varsa, bu tamamilə yersiz narahatlıqdır:
“İran alternativ variant kimi özündəki "Araz yolu"nu təklif edir. Bu yol sadəcə yerüstü maşın və avtomobil yoludur. İranın dəmir yollara bağlantısı yoxdur və ümumiyyətlə onun şimal bölgəsindən, sərhədyanı xətlər üzrə bu keçən bir marşrutdur və Ermənistanın payına cəmi 43 kilometr yol düşür.
Çox güman ki, burada Amerika ilə də bağlı İranın narahatlığı özünü nümayiş etdirir. Yəni özünəməxsus tərzdə Tehran bildirmək istəyir ki, Amerika özü istədiyi kimi bu bölgədə davranmaq bilməyəcək”.
Burada bir İran amilinin olduğunu xatırladan Tofiq Abbasov, Tehranın heç bir vəchlə qoymayacaqlarını idarə etdiyi mənzərəni belə təsvir edir:
“İran qoymayacaq ki, onun sərhədləri boyunca düşmən ölkə Fars körfəzində və İsraillə sövdələşib İrana hücumlar edib, yerləşsin".
Politoloq vurğulayır ki, bu, əslində Tehrandan "biz sizin bu aqressivliyinizlə barışmırıq və əgər siz hər hansı bizim sərhədlərimizin yaxınlığında olacaqsınızsa, biz sizə heç də dost münasibəti bildirməyəcəyik, sizi qəbul etməyəcəyik" mesajını verən özünəməxsus bir xatırlatmadır.
“İran diplomatiyası prosesləri kobudluqla idarə etməyə çalışmasın"
Tofiq Abbasov hazırda İranın çox qəlizliyə və dərinliyə gedəcəyini düşünmür. O qeyd edir ki, sadəcə bu həm də bir xatırlatma rolunu oynayan mesajlardır və İran bununla bildirmək istəyir ki, o, eyni anda bir neçə cəbhədə vuruşa bilər, resursu var və s. Ona görə də politoloq hesab edir ki, bu məsələlərdə bir qədər İran diplomatiyası, hansı ki, həqiqətən onun məharəti, bacarığı və çevikliyi var – gərək kor-təbii şəkildə və kobudluqla bu prosesləri idarə etməyə çalışmasın.
“Biz ərazimizi heç bir kənar qüvvələrə verməyəcəyik ki, İrana qarşı burdan təhdidlər, hücumlar olsun. Bunun üzərində möhkəm dururuq",-deyən politoloq onları heç vaxt zərbə altına qoymağın düzgün olmayacağını əlavə edir:
“Biz İranla bağlı həmişə niyyətlərimizi açıq şəkildə bildirmişik. Bizim istəyimiz münasibətləri genişləndirməkdən, qarşılıqlı etimad mühitinin möhkəmlənməsindən ibarətdir. Ən yaxşı halda, hətta ən pis halda belə, biz əməkdaşlıq etməklə bir-birimizə dəstək ola bilərik. Bunun sayəsində həm beynəlxalq ticari proseslərdən, həm də daşımaların hamısından qazana bilərik”.
Sonda Tofiq Abbasov belə bir qənaətə gəlir ki, İranın bu tikanlı bəyanatları, xəbərdarlıqları tamamilə əbəsdir:
“Bir halda ki, proseslər normal, sabit axarla inkişaf edirsə, onlara yalnız sabitləşdirici effektlər vermək lazımdır”.
Çimnaz Telmanqızı
21:08 / 19 İyun 2026
1
20:58 / 19 İyun 2026
84
20:56 / 19 İyun 2026
45
20:54 / 19 İyun 2026
19
20:50 / 19 İyun 2026
48
20:35 / 19 İyun 2026
227
20:29 / 19 İyun 2026
59
20:06 / 19 İyun 2026
56
19:51 / 19 İyun 2026
58
19:39 / 19 İyun 2026
330
19:29 / 19 İyun 2026
82
18:54 / 19 İyun 2026
656
18:49 / 19 İyun 2026
103
18:39 / 19 İyun 2026
100
18:23 / 19 İyun 2026
95
18:06 / 19 İyun 2026
500
17:59 / 19 İyun 2026
62
17:59 / 19 İyun 2026
72
17:48 / 19 İyun 2026
105
17:41 / 19 İyun 2026
83
17:38 / 19 İyun 2026
93
17:33 / 19 İyun 2026
82
17:28 / 19 İyun 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.