Bakıda kişi arvadını güllələyib
09 İyul 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
483
19.06.2026, 16:55
İmişlidə gənc qızın sevgi münasibətində olduğu şəxsin təsiri ilə dayısının evindən pul və qızıl-zinət əşyaları oğurlaması işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, tərəflər arasında bir neçə il əvvəl sevgi münasibəti yaranıb. Gənc oğlan qıza borclarının olduğunu, gələcəkdə biznes qurmaq və onunla evlənmək istədiyini deyərək, dəfələrlə maddi kömək göstərməsini istəyib.
İttihama görə, qız ilk olaraq 2025-ci ilin aprel ayında dayısına məxsus evdəki sandıqdan 200 ABŞ dolları götürərək sevgilisinə verib. Bir neçə gün sonra isə həmin sandıqdan müxtəlif qızıl-zinət əşyalarını oğurlayaraq ona çatdırıb. Oğurlanan qızıllar sonradan satılıb və əldə olunan vəsait müxtəlif şəxsi ehtiyaclara sərf edilib.
Bununla kifayətlənməyən gənc oğlan qızı yenidən oğurluq etməyə sövq edib. Bir müddət sonra qız dayısına məxsus evdə saxlanılan 16 min 800 ABŞ dollarını da götürərək sevgilisinə verib. Araşdırma zamanı müəyyən edilib ki, həmin pulun bir hissəsi manata dəyişdirilib, müxtəlif şəxsi xərclərə və biznes qurmaq məqsədilə istifadə olunub.
İş materiallarına əsasən, oğurlanan əmlak arasında qızıl üzüklər, sırğalar, boyunbağı, qolbaqlar və digər zinət əşyaları olub. Zərərçəkmiş şəxsə ümumilikdə 36 min manatdan artıq maddi ziyan dəyib.
Zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsinə görə, ailə üzvləri uzun müddət oğurluqdan xəbərsiz olublar. Pul və qızıl-zinət əşyaları evdəki sandığın alt hissəsində saxlanıldığı üçün onların yoxa çıxması dərhal aşkar edilməyib. Hadisə yalnız ailə üzvləri sandığı yoxlayarkən üzə çıxıb və bundan sonra polisə müraciət olunub.
Məhkəmə iclasında qız təqsirini etiraf edərək bildirib ki, sevgilisinin onunla evlənəcəyinə inanıb və ona kömək etmək məqsədilə bu addımları atıb. Digər təqsirləndirilən şəxs isə qismən təqsirini qəbul edib və oğurlanan qızılların satıldığını, əldə edilən vəsaitin şəxsi ehtiyaclara xərcləndiyini təsdiqləyib.
Məhkəmə araşdırması zamanı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) üzrə irəli sürülmüş ittiham hər iki şəxsə münasibətdə ümumi ittihamdan xaric edilib. Hökmə əsasən, qız Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Onu oğurluğa təhrik edən sevgilis isə Cinayət Məcəlləsinin 32.4, 177.2.2 və 32.4, 177.2.4-cü maddələri (təkrar oğurluğa təhrik etmə və xeyli miqdarda ziyan vurmaqla törədilən oğurluğa təhrik etmə) ilə təqsirli bilinib. Məhkəmə ona 600 manat məbləğində cərimə cəzası təyin edib.
12:55 / 10 İyul 2026
1
12:54 / 10 İyul 2026
8
12:49 / 10 İyul 2026
14
12:45 / 10 İyul 2026
25
12:40 / 10 İyul 2026
35
12:37 / 10 İyul 2026
36
12:27 / 10 İyul 2026
50
12:27 / 10 İyul 2026
40
12:25 / 10 İyul 2026
85
12:17 / 10 İyul 2026
54
12:05 / 10 İyul 2026
47
12:04 / 10 İyul 2026
49
11:58 / 10 İyul 2026
53
11:52 / 10 İyul 2026
58
11:38 / 10 İyul 2026
66
11:37 / 10 İyul 2026
292
11:21 / 10 İyul 2026
58
11:11 / 10 İyul 2026
556
11:00 / 10 İyul 2026
340
10:50 / 10 İyul 2026
80
10:44 / 10 İyul 2026
89
10:31 / 10 İyul 2026
76
10:22 / 10 İyul 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.