100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
10 Noyabr 2026, 15:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2751
19.06.2026, 18:06
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” qapalı səhmdar cəmiyyətlərinin nizamnamələri təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Beləliklə, “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilib. Cəmiyyət “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyətin nizamnamə kapitalı 5 826 007 294 (beş milyard səkkiz yüz iyirmi altı milyon yeddi min iki yüz doxsan dörd) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 2 913 003 647 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurasının digər üzvləri Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) müavini var.
“İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Cəmiyyət “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin hüquqi varisidir və həmin publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib. Cəmiyyət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsdir. Cəmiyyətin nizamnamə kapitalı 2 400 427 052 (iki milyard dörd yüz milyon dörd yüz iyirmi yeddi min əlli iki) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2 manat olan 1.200.213.526 ədəd adi, sənədsiz adlı səhmdən ibarətdir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Müşahidə Şurası sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 (bir) nümayəndəsi daxil edilməlidir. MüşahidəŞurasının sədri Azərbaycan Respublikasının Prezidenti ilərazılaşdırmaqla Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İcraçı direktor həyata keçirir. İcraçı direktor öz fəaliyyətində Ümumi Yığıncaq, habelə Müşahidə Şurası qarşısında cavabdehlik daşıyır.
15:58 / 10 Noyabr 2026
26
15:44 / 10 Noyabr 2026
50
15:34 / 10 Noyabr 2026
109
15:31 / 10 Noyabr 2026
55
15:25 / 10 Noyabr 2026
80
15:22 / 10 Noyabr 2026
75
14:58 / 10 Noyabr 2026
1500
14:55 / 10 Noyabr 2026
143
14:48 / 10 Noyabr 2026
213
14:23 / 10 Noyabr 2026
330
14:20 / 10 Noyabr 2026
722
14:09 / 10 Noyabr 2026
188
14:00 / 10 Noyabr 2026
804
13:44 / 10 Noyabr 2026
125
13:38 / 10 Noyabr 2026
369
13:26 / 10 Noyabr 2026
1579
13:24 / 10 Noyabr 2026
142
13:20 / 10 Noyabr 2026
338
13:05 / 10 Noyabr 2026
172
13:00 / 10 Noyabr 2026
136
12:37 / 10 Noyabr 2026
569
12:31 / 10 Noyabr 2026
135
12:21 / 10 Noyabr 2026
582
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.