8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
579
19.06.2026, 21:08
Çox vaxt insanlardan "gün ərzində demək olar ki, heç nə yemirəm, amma çəki alıram" kimi şikayətlər eşidirik. İlk baxışdan qəribə görünən bu vəziyyətin arxasında əslində ciddi metabolik səbəblər dayana bilər. Yemək aralarında edilən kiçik qəlyanaltılar, şirniyyatlar, konfet və ya biskvitlər "əsas yemək" hesab edilməsə də, orqanizmdə insulin hormonunun balansını tamamilə poza bilir. Bu isə çəki artımına və bədəndə piylənmə prosesinin sürətlənməsinə şərait yaradır.
Mövzu ilə bağlı Oxu24.com-a terapevt Dr. Qürbət Allahverdiyev məlumat verib.
Həkim bildirib ki, az yediyini düşünən bir çox insan əslində gün ərzində tez-tez şirin qidalara və qəlyanaltılara müraciət edir:
“Siz elə hesab edirsiniz ki, yemək yemirsiz, amma yemək fasilələri arasında — səhərlə günorta, günorta ilə axşam arasında, həmçinin yatana qədər çay və onun yanında şirniyyatlar, konfetlər, peçenyelər qəbul edirsiniz. Bunlar sizə yemək kimi gəlməsə də, əslində normal yeməkdən daha çox orqanizmə təsir edir”.
Dr. Qürbət Allahverdiyev qeyd edib ki, qıda ağıza daxil olan kimi mədəaltı vəzi onu həzm etmək üçün insulin ifraz etməyə başlayır. Davamlı olaraq gün ərzində tez-tez nəsə yedikdə insulin ifrazı da aramsız davam edir. Bir müddətdən sonra isə hüceyrələr bu insulini qəbul edə bilmir, yəni insulin rezistentliyi (müqaviməti) yaranır.
Qana keçən insulin geri qayıda bilmədiyi üçün qaraciyərə yönəlir və orada piyə çevrilir. Proses bununla da bitmir:
“İlk növbədə qaraciyərdə piy hüceyrələri artır. Qaraciyərdəki piylər dayandığı yerdə qalmır, digər orqanlara – bağırsaqların ətrafına, mədəaltı vəziyə və damar divarlarına yayılmağa başlayır. Damar divarlarında yığılan piylər zamanla iltihabi proseslərin yaranmasına səbəb olur”.
Çıxış yolu nədir?
Mütəxəssis vurğulayır ki, bu vəziyyətdən qorxmaq lazım deyil, sadəcə prosesin mexanizmini başa düşmək və qidalanma vərdişlərini dəyişmək mütləqdir:
“Bizə elə qidalanmaq lazımdır ki, bədənimizdə artıq miqdarda insulin əmələ gəlməsin. Həzm orqanlarına istirahət etmək üçün imkan verməliyik. Gün ərzində qəbul etdiyimiz qidaları orqanizm axşamdan səhərə qədər əritməli və özü də dincəlməlidir”.
Həkim sonda əlavə edib ki, düzgün qidalanma rejimi qurmaqla, çoxlu dərman qəbul etmədən də sağlam şəkildə arıqlamaq və insulin müqavimətini aradan qaldırmaq tamamilə mümkündür.
Çimnaz Ağayeva
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.