Qaynar xətt:

(+99450) 247 90 86

Ekspert: Regionda geosiyasi dəyişikliklər ola bilər

Ekspert: Regionda geosiyasi dəyişikliklər ola bilər

SİYASƏT

109

15.06.2026, 17:29

Hərbi ekspert Ədalət Verdiyev ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı sosial şəbəkə hesabında şərh edib

Oxu24.com xəbər verir ki, onun sözlərinə görə, İsrailin Livana endirdiyi zərbələrdə fasilə yaranacağı təqdirdə, iyunun 19-da İsveçrədə ABŞ və İran arasında çərçivə sazişinin imzalanması gözlənilir. Bildirilir ki, sənəd yaxın iki ay üçün fəaliyyət planını əhatə edə bilər.

Ekspert iddia edib ki, sazişin bütün bəndləri ictimaiyyətə tam açıqlanacağı halda, İran daxilində müxtəlif narazılıqlar yarana bilər. O, həmçinin müharibə dövründə itkilərə baxmayaraq tərəflərin siyasi reallıqları fərqli qiymətləndirdiyini qeyd edib

Ə. Verdiyev əlavə edib ki, prosesin nəticələri regionda geosiyasi vəziyyətə təsir göstərə bilər.