Ceyhun Məmmədov: 15 İyun Azərbaycan tarixində dönüş və inkişafın başlanğıcıdır
15 İyun 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
246
15.06.2026, 12:47
Cənubi Qafqazda regionun gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan sülh və sabitlik mühitinin yaradılması istiqamətində addımlar atılmaqdadır. Ölkəmizin regionda davamlı sülhün qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirdiyi bu dövrdə, Prezident İlham Əliyevin Şuşada təşkil olunan “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına müraciəti də bu kontekstdə mühüm mesajlarla yadda qalıb.
Böyük güclərin regiondakı vasitəçilik missiyasını və Zəngəzur dəhlizinin reallaşmasının gələcək sabitliyə təsirlərini Oxu24.com-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Cənubi Qafqazda hökm sürən sülh və sabitlik məhz Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət sayəsində mümkün olub. Müsahibimizin sözlərinə görə, rəsmi Bakı atdığı bütün addımları regional sülhün və sabitliyin davamlı xarakter daşıması məqsədilə atır və bu da Cənubi Qafqazın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyır.
Politoloq Elçin Xalidbəyli diqqətə çatdırıb ki, regionda maraqları olan böyük güclərin mövcud situasiyaya yönəlik davranışlarına baxdıqda, hazırda əsasən Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verməyə çalışdığı görünür. Ekspert xüsusilə vurğulayıb ki, Tramp administrasiyası "TRİPP" layihəsinin reallaşdırılmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Müsahibimiz əlavə edib ki, bu məsələ ilə bağlı həm üçtərəfli, həm də ikitərəfli sazişlər imzalanıb və onların həyata keçirilməsi istiqamətində artıq müəyyən addımlar atılmağa başlanılıb.
Politoloqun sözlərinə görə, "TRİPP" layihəsinin reallaşdırılmasından, yəni Zəngəzur dəhlizinin açılmasından sonra Cənubi Qafqazda yeni bir mərhələnin başlanacağı qətiyyən şübhə doğurmur. Politoloq bildirib ki, Zəngəzur dəhlizi Orta dəhlizin tərkib hissəsi hesab olunur və bu dəhliz Avropa ilə Asiya qitələrini Cənubi Qafqaz üzərindən birləşdirəcək. Bunun nəticəsində iki qitə arasında iqtisadi-ticari əlaqələrin məhz bu coğrafiya üzərindən reallaşdırılması baş tutacaq.
E.Xalidbəyli xüsusi olaraq qeyd edib ki, Zəngəzur dəhlizi və iqtisadi-ticari əlaqələrin inkişafı kimi önəmli faktorlar Cənubi Qafqazda sülhün və sabitliyin əsas təməl prinsiplərinə, əsas təməl faktorlarına çevriləcək. Ekspert hesab edir ki, Zəngəzur dəhlizi elə bir geo-iqtisadi layihədir ki, onun reallaşması və töhfə verməsi üçün mütləq Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması əsas şərtdir. O, Amerika Birləşmiş Ştatlarının da bu məsələdə daha prinsipial və doğru mövqe tutmaqla diqqət çəkdiyini vurğulayıb.
Digər böyük güclərin mövqeyinə gəldikdə isə politoloq bəyan edib ki, burada məsələ və situasiya bir qədər fərqlidir. O diqqətə çatdırıb ki, Avropa Birliyi ümumi bəyanatlarda Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu desə də, bu birliyin bəzi qurumları — məsələn, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Avropa mənşəli böyük güclərin, o cümlədən də Fransanın Cənubi Qafqazdakı maraqları demək olar ki, bu regionda müəyyən ziddiyyətlərin və gərginliyin olmasında maraqlı olmaqdan ibarətdir.
Elçin Xalidbəyli onu da əlavə edib ki, ABŞ istisna olmaqla, digər böyük güclərin Cənubi Qafqaza təsiri daha çox neqativ məzmun daşıyır və bu sıraya, təbii ki, ilk növbədə Rusiyanı da əlavə etmək olar:
“Zəngəzur dəhlizinin reallaşması Rusiyanın maraqlarına qətiyyən cavab vermir. Rusiyada belə hesab edirlər ki, əgər Zəngəzur dəhlizi açılarsa və Cənubi Qafqaz davamlı sülhə nail olarsa, o zaman Rusiyanın bu regiondakı təsir mexanizmləri öz əhəmiyyətini itirəcək. Məhz bu səbəbdən, Kreml bütün vasitələrlə bu prosesin qarşısını almağa çalışır”.
Sonda politoloq vurğulayıb ki, hazırda Cənubi Qafqaz olduqca qəliz bir situasiyadan keçir. Onun qənaətinə görə, Amerika Birləşmiş Ştatlarının dəstəyi və eyni zamanda Azərbaycanın qətiyyətli mövqeyi hələlik regionda sülhü və sabitliyi qorumaq üçün yetərli görünür.
Bu prosesin tam şəkildə yekunlaşması üçün Zəngəzur dəhlizinin ən qısa zamanda reallaşdırılması olduqca vacibdir:
“Əgər bu dəhliz reallaşdırılarsa, o zaman Cənubi Qafqazda sülhü və sabitliyi pozmaq üçün atılan bütün addımlar bloklanacaq və region tamamilə yeni, həm də perspektivli bir mərhələyə keçid edəcək”.
Çimnaz Telmanqızı
15:49 / 15 İyun 2026
1
15:44 / 15 İyun 2026
22
15:43 / 15 İyun 2026
23
15:40 / 15 İyun 2026
27
15:10 / 15 İyun 2026
58
15:09 / 15 İyun 2026
76
14:50 / 15 İyun 2026
62
14:32 / 15 İyun 2026
64
14:07 / 15 İyun 2026
56
14:00 / 15 İyun 2026
69
13:55 / 15 İyun 2026
80
13:50 / 15 İyun 2026
79
13:37 / 15 İyun 2026
82
13:34 / 15 İyun 2026
67
13:32 / 15 İyun 2026
72
13:17 / 15 İyun 2026
86
13:06 / 15 İyun 2026
74
12:57 / 15 İyun 2026
240
12:49 / 15 İyun 2026
89
12:31 / 15 İyun 2026
103
12:25 / 15 İyun 2026
85
12:13 / 15 İyun 2026
107
12:11 / 15 İyun 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.