Prezident FƏRMAN İMZALADI
12 İyun 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
105
12.06.2026, 21:24
Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən 15 İyun - Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü hadisələrindən biridir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək və siyasi xəritədən silinmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyması ilə səciyyələnir. Milli Qurtuluş Günü xalqın öz xilaskar liderinə olan sonsuz etimadının, dövlətçilik ənənələrinə sadiqliyinin və müstəqil Azərbaycan naminə nümayiş etdirdiyi milli həmrəyliyin təntənəsi kimi tariximizə həkk olunmuşdur.
Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.
Deputat əlavə edib ki, Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilən 15 İyun - Milli Qurtuluş Günü müasir dövlətçilik tariximizin ən əlamətdar və taleyüklü hadisələrindən biridir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək və siyasi xəritədən silinmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyması ilə səciyyələnir. Milli Qurtuluş Günü xalqın öz xilaskar liderinə olan sonsuz etimadının, dövlətçilik ənənələrinə sadiqliyinin və müstəqil Azərbaycan naminə nümayiş etdirdiyi milli həmrəyliyin təntənəsi kimi tariximizə həkk olunmuşdur.1987-ci ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməsi Azərbaycan xalqının sonrakı taleyinə ciddi təsir göstərən hadisələrdən biri oldu. Ümummilli Liderin SSRİ rəhbərliyinin yeritdiyi siyasətə etiraz əlaməti olaraq tutduğu yüksək vəzifələrdən uzaqlaşmasından qısa müddət sonra erməni millətçiləri və onların himayədarları tərəfindən Azərbaycanın tarixi torpaqlarına qarşı ərazi iddiaları daha açıq şəkildə ortaya qoyuldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi tələbi ilə başlanan proses sonrakı illərdə xalqımızın üzləşdiyi faciələrin, torpaq itkilərinin və humanitar fəlakətlərin əsasını təşkil etdi. Təsadüfi deyil ki, həmin dövrü təhlil edən siyasi müşahidəçilər Heydər Əliyevin ittifaq rəhbərliyində təmsil olunduğu şəraitdə belə təhlükəli ssenarilərin həyata keçirilməsinin mümkünsüzlüyünü vurğulayırlar.1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ağır siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi. Dövlət idarəçiliyində təcrübəsizlik, ölkədə vahid idarəetmə mexanizminin formalaşdırıla bilməməsi, müxtəlif silahlı qruplaşmaların qanunsuz fəaliyyəti, bölgələrdə separatçılıq meyillərinin güclənməsi və Ermənistanın davam edən hərbi təcavüzü ölkəni son dərəcə mürəkkəb vəziyyətə salmışdı. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyəti nəticəsində dövlət institutları zəifləyir, iqtisadi tənəzzül dərinləşir, vətəndaşların gələcəyə inamı sürətlə azalırdı. Ölkədə baş verən xaos və anarxiya Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.
Zaur Şükürov xatırladıb ki,1993-cü ilin yayında vəziyyət daha da gərginləşmiş, Azərbaycan faktiki olaraq parçalanma həddinə çatmışdı. Məhz belə bir taleyüklü məqamda xalqın bütün ümidləri Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Cəmiyyətin müxtəlif təbəqələri, ziyalılar, dövlətçilik təfəkkürünə malik insanlar ölkənin düşdüyü böhrandan yalnız Heydər Əliyevin çıxara biləcəyinə əmin idilər. Azərbaycanın gələcək taleyi, dövlət müstəqilliyinin qorunması və sabitliyin təmin olunması üçün yeganə çıxış yolu Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı hesab olunurdu.
Millət vəkili vurğulayıb ki,1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər qısa müddətdə ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atdı. Həmin dövrdə həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə səfər etməsi, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını alması onun xilaskarlıq missiyasının ən parlaq nümunələrindən biri kimi tarixə düşdü. Ulu Öndərin qətiyyəti, siyasi uzaqgörənliyi və dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dağılmaq təhlükəsindən xilas edildi, dövlət idarəçiliyi sistemi yenidən quruldu və ölkənin gələcək inkişafının möhkəm təməli yaradıldı.1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın iradəsinin və dövlətçilik maraqlarının təntənəsi oldu. Məhz bu tarix sonralar Milli Qurtuluş Günü kimi dövlət bayramı statusu aldı. Azərbaycanın müasir inkişaf salnaməsinin başlanğıcı hesab edilən həmin gündən etibarən ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət quruculuğu prosesi sürətləndirildi və milli maraqlara əsaslanan inkişaf strategiyası müəyyənləşdirildi.
Deputat əlavə edib ki,Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə hüquqi dövlət quruculuğunun əsası qoyuldu, nizami ordu formalaşdırıldı, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyən edildi, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirildi və Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətləndi. “Əsrin müqaviləsi”nin imzalanması isə ölkənin iqtisadi inkişafının, enerji strategiyasının və beynəlxalq nüfuzunun yüksəlişində mühüm mərhələyə çevrildi.Bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Çünki müstəqil Azərbaycanın mövcudluğu, dövlətçiliyimizin qorunması və bugünkü uğurlarımızın təməlində məhz onun xilaskarlıq missiyası dayanır. Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Məhz bu siyasətin nəticəsində Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, tarixi Zəfərə nail olmuşdur.
Deputat qeyd edib ki,44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri və Böyük Qayıdış proqramının uğurla icrası Ulu Öndərin dövlətçilik ideyalarının təntənəsinin parlaq təzahürüdür. Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş şəhər və rayonlarımızda üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması Heydər Əliyevin ən böyük arzularının reallığa çevrildiyini nümayiş etdirir.Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində sadəcə bir bayram deyil, xalqın öz dövlətini və gələcəyini qorumaq əzminin, milli birliyinin və siyasi müdrikliyinin rəmzidir. Bu əlamətdar gün bir daha təsdiq edir ki, Azərbaycanın bugünkü qüdrətinin, sabitliyinin və beynəlxalq nüfuzunun əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və onun müəyyən etdiyi inkişaf strategiyası dayanır.
00:00 / 13 İyun 2026
62
23:48 / 12 İyun 2026
79622
23:47 / 12 İyun 2026
282
23:28 / 12 İyun 2026
63
22:38 / 12 İyun 2026
78
22:20 / 12 İyun 2026
96
21:59 / 12 İyun 2026
518
21:52 / 12 İyun 2026
88
21:49 / 12 İyun 2026
93
21:37 / 12 İyun 2026
402
21:19 / 12 İyun 2026
98
21:17 / 12 İyun 2026
85
17:40 / 12 İyun 2026
152
17:20 / 12 İyun 2026
130
17:05 / 12 İyun 2026
464
16:55 / 12 İyun 2026
122
16:40 / 12 İyun 2026
213
16:35 / 12 İyun 2026
162
16:21 / 12 İyun 2026
122
16:20 / 12 İyun 2026
152
16:15 / 12 İyun 2026
146
16:15 / 12 İyun 2026
288
16:14 / 12 İyun 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.