Qaynar xətt:

(+99450) 247 90 86

Mossadın uzun illərdir Xameneini Tehranın kameraları ilə izləməsi məlum olub 

Mossadın uzun illərdir Xameneini Tehranın kameraları ilə izləməsi məlum olub 

SİYASƏT

81

03.03.2026, 23:58

İsrailin xarici kəşfiyyat orqanı Mossad uzun müddət İranın Ali Rəhbəri Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlaması məlum olub.

Oxu24.com  "Daily Mail"a istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat orqanını Tehran şəhərinin müşahidə sistemlərinə kiber müdaxilə edərək Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlayıb.

.

Bele ki, İsrailin kəşfiyyat qurumları İran paytaxtında quraşdırılmış yol-nəqliyyat kameralarının böyük hissəsinə çıxış imkanı qazanıblar. Bu da agentlərə Xameneinin mühafizəçilərinin hərəkət trayektoriyası, iş qrafikləri və qaldıqları ünvanlar barədə anlıq məlumatlar toplamağa və dərhal Təl-Əvivə ötürməyə şərait yaradıb.

Bundan əlavə bir kamera xüsusi olaraq agentlərə ali rəhbər Pasteur küçəsindəki iqamətgahına çatdıqdan sonra mühafizəçilərin avtomobillərini harada saxladıqlarını müşahidə etməyə imkan verib.Sonxeber.az