Kamran Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək
13 May 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
03.03.2026, 23:45
Uşaq dərsə maraq göstərmirsə – mütəxəssis valideynlərə çağırış edir
Son illər valideynlərin tez-tez səsləndirdiyi problemlərdən biri də uşaqların dərsə maraq göstərməməsi, 5-10 dəqiqədən artıq yerində oturmaması və diqqətini cəmləyə bilməməsidir. Müəllimlər isə çox vaxt bu uşaqların intellektual səviyyəsinin yüksək olduğunu, lakin diqqətsizlik səbəbindən nəticələrinin zəif olduğunu bildirirlər.
Oxu24.com xəbər verir ki,mütəxəssislər qeyd edirlər ki, əgər uşaq 2-3-cü sinifdə oxuyur, dərs zamanı tez yorulur, tez-tez yerindən qalxır, tapşırıq etmək istəmir və fikri daim yayınırsa, bu hal sadəcə “tənbəllik” deyil, nevroloji mənşəli problem ola bilər.
Bu vəziyyət minimal beyin disfunksiyası, yəni diqqət çatışmazlığı və hiperaktivlik sindromu ilə əlaqəli ola bilər.
Belə uşaqlarda hiperaktivlik, diqqətsizlik və impulsiv davranış müşahidə olunur. Onlar uzun müddət bir yerdə otura bilmir, fikirləri tez dəyişir və dərsə fokuslanmaqda çətinlik çəkirlər.
Halbuki müayinə zamanı onların intellektual səviyyəsinin normal, hətta yüksək olduğu müəyyən edilir. Problem əsasən diqqətin davamlı olmaması və səbr çatışmazlığı ilə bağlıdır ki, bu da dərsdə geri qalmağa səbəb olur.
Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, bu əlamətləri görməzlikdən gəlməsinlər və vaxt itirməsinlər. Çünki zaman keçdikcə dərslər çətinləşir və uşaq yaşıdlarından daha çox geri qala bilər. Erkən diaqnostika və uyğun müalicə üsulları ilə bu problemin idarə olunması mümkündür.
Hazırladı: Jalə
11:46 / 13 May 2026
1
11:44 / 13 May 2026
10
11:35 / 13 May 2026
59
11:28 / 13 May 2026
32
11:22 / 13 May 2026
138
11:09 / 13 May 2026
231
10:56 / 13 May 2026
51
10:52 / 13 May 2026
370
10:49 / 13 May 2026
48
10:37 / 13 May 2026
49
10:33 / 13 May 2026
361
10:29 / 13 May 2026
66
10:26 / 13 May 2026
58
10:15 / 13 May 2026
71
10:11 / 13 May 2026
61
10:10 / 13 May 2026
63
10:08 / 13 May 2026
75
10:05 / 13 May 2026
135
09:18 / 13 May 2026
63
00:19 / 13 May 2026
335
00:05 / 13 May 2026
4546
00:02 / 13 May 2026
353
23:59 / 12 May 2026
4818
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.