Bu yollara girməyin!
25 May 2026, 08:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7849
03.03.2026, 20:30
Yaxın Şərqdə gərginlik artdığı bir vaxtda Rusiyadan ABŞ siyasətinə sərt reaksiya gəlib. İran və ABŞ arasında gedən münaqişəyə münasibət bildirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Trampın yürütdüyü siyasəti "dəlilik" və "cinayət" adlandırıb. Medvedev Trampın bu siyasəti davam etdirəcəyi təqdirdə Üçüncü Dünya Müharibəsinin başlayacağını bildirib.
Medvedev bildirib ki, nə qədər kiçik olsa da, istənilən hadisə Üçüncü Dünya Müharibəsinə səbəb ola bilər. Rusiya rəsmisinin Üçüncü Dünya Müharibəsi ilə bağlı xəbərdarlığını beynəlxalq münasibətlər kontekstində necə qiymətləndirmək olar?
Yaxın Şərqdə baş verən hadisələr böyük dövlətlər arasında birbaşa toqquşma riskini nə qədər artırır?
Oxu24.com-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Anar İsayev deyib ki, Dmitri Medvedev son illərdə daha sərt və eskalasiyaya meyilli açıqlamaları ilə seçilir:
“Onun bəyanatlarını bir neçə istiqamətdə dəyərləndirmək olar:
1.Strateji siqnal.
Bu tip bəyanatlar ABŞ-ı daha ehtiyatlı davranmağa çağırmaq,Qərb ictimaiyyətində müharibə qorxusu yaratmaq,həmçinin Rusiya tərəfdarlarını səfərbər etmək məqsədi daşıya bilər.
Nüvə gücləri arasında “müharibə ehtimalı” ritorikası çox vaxt real plan deyil, psixoloji və siyasi təzyiq alətidir.
2.Eskalasiya nəzəriyyəsi kontekstində.
Beynəlxalq münasibətlərdə “escalation ladder” anlayışı var — yəni münaqişələr mərhələli şəkildə böyüyə bilər. Medvedevin vurğuladığı “kiçik hadisə böyük müharibəyə səbəb ola bilər” fikri klassik "təhlükəsizlik dilemması"nın təsviridir.Lakin ABŞ və Rusiya birbaşa toqquşmanın nəticələrinin fəlakətli olacağını yaxşı anlayır.Hətta Soyuq Müharibə dövründə belə birbaşa müharibədən qaçılıb.Bu baxımdan, bəyanat daha çox hibrid ritorika xarakteri daşıyır.
Yaxın Şərqdə hadisələr böyük dövlətlər arasında birbaşa toqquşma riskini artırırmı?
Risk var, amma nəzarətsiz deyil.Yaxın Şərq “proxy müharibə zonasıdır”:
ABŞ – İsrail və bəzi ərəb dövlətləri ilə İran – proksi qüvvələr (Hizbullah, Husi, milislər),Rusiya – Suriya vasitəsilə,Çin – əsasən iqtisadi və enerji maraqları ilə,böyük dövlətlər isə birbaşa deyil, dolayı toqquşma modelinə üstünlük verir.Bu gün ABŞ+İsrail-İran müharibəsində ABŞ hərbçilərinə birbaşa İran zərbəsi,Hörmüz boğazının bağlanması,ABŞ-ın İranın daxilinə genişmiqyaslı zərbə endirməsi bu riski artırır.Amma hazırkı mərhələdə tərəflər idarə olunan eskalasiya modelini qorumağa çalışır”.
ABŞ–İran gərginliyi artsa, Rusiya və Çin müharibəyə qoşula bilər?
Siyasi şərhçi qeyd edib ki,Rusiyanın birbaşa hərbi müdaxilə ehtimalı çox aşağıdır:
“Amma İranı diplomatik dəstəkləyə,silah və texnologiya transferini artıra,BMT-də ABŞ-a qarşı siyasi blok yarada bilər.Bu arada qeyd edim ki, ABŞ-İran müharibəsi fonunda ABŞ-ın öz resurslarını Yaxın Şərqə yönəltməsi Rusiya maraqlarına uyğun hesab edə bilər (xüsusilə Ukrayna kontekstində).Rusiya üçün əsas məqsəd ABŞ-ı çoxcəbhəli yükləmək, amma nüvə qarşıdurmasına getməməkdir.
Çin isə daha ehtiyatlı oyunçu rolundadır.Belə ki, Çin üçün enerji təhlükəsizliyi əsas prioritetdir (İran nefti vacibdir).Çinin birbaşa hərbi müdaxilə ehtimalı çox zəifdir.Diplomatik vasitəçi roluna üstünlük verə bilər.Əgər
ABŞ zəifləsə, Çin regional təsirini iqtisadi yolla artıra bilər.Çin üçün əsas xətt sabitlik + ABŞ-ın strateji yayındırılmasıdır”.
Anar İsayev hazırkı şəraitdə qlobal nüvə müharibəsi ehtimalının aşağı olduğunu vurğulayıb:
“Regional genişmiqyaslı müharibə ehtimalı isə orta səviyyədədir. Proksi müharibələrin artması ehtimalı isə yüksəkdir.Böyük güclər rasional aktorlardır və qarşılıqlı məhvetmə (MAD doktrinası) hələ də çəkindirici amildir.Lakin Yaxın Şərqdə baş verən proseslər Üçüncü Dünya Müharibəsi riiskini artıra bilər. Ancaq görünən odur ki,böyük dövlətlər hələ də birbaşa müharibədən qaçmağa çalışır”.
Mehin Mehmanqızı
08:25 / 25 May 2026
1
08:20 / 25 May 2026
19
00:05 / 25 May 2026
201
00:01 / 25 May 2026
331
00:01 / 25 May 2026
1469
23:58 / 24 May 2026
325
23:36 / 24 May 2026
536
23:32 / 24 May 2026
943
23:23 / 24 May 2026
223
23:13 / 24 May 2026
292
23:13 / 24 May 2026
817
23:03 / 24 May 2026
338
22:43 / 24 May 2026
126
22:18 / 24 May 2026
134
22:04 / 24 May 2026
520
21:40 / 24 May 2026
205
21:39 / 24 May 2026
1656
21:30 / 24 May 2026
211
20:41 / 24 May 2026
166
20:19 / 24 May 2026
152
20:11 / 24 May 2026
139
19:39 / 24 May 2026
269
19:09 / 24 May 2026
462
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.