Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
800
03.03.2026, 22:50
Gürcüstanda dövlət universitetlərinə qəbul olan tələbələr magistratura səviyyəsində təhsil haqqından azad ediləcək.Təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia bildirib ki, ölkədə ali təhsil tamamilə pulsuz olacaq. Mövcud qrant sistemi ləğv edilərək dövlət universitetlərində bakalavr və magistr səviyyələrində təhsil tam dövlət maliyyələşməsi ilə təmin ediləcək. Bəs Azərbaycanda da dövlət universitetlərində tələbələr təhsil haqqından tamamilə azad oluna bilərlər?
Oxu24.com xəbər verir ki Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da bu məsələ ilə bağlı müxtəlif dövrlərdə müzakirələr aparılıb. Hazırda müşahidə etdiyimiz əsas tendensiya ondan ibarətdir ki, ölkədə proses bu istiqamətdə inkişaf edir:
“Belə ki, Azərbaycan dövləti yavaş-yavaş dövlət hesabına təhsil alanların sayını artırır. Hər il bu nisbətin dəyişdiyini görürük. Dövlət tərəfindən müəyyən addımlar atılır və dövlət hesabına təhsil alanların sayında artım müşahidə olunur”.
C.Məmmədovun sözlərinə görə, bu, zaman tələb edən bir məsələdir və gələcəkdə müəyyən mərhələdə yenidən nəzərdən keçirilə bilər:
“Gürcüstanda artıq tətbiq olunan modelə Azərbaycan da prosesin və ümumi vəziyyətin gedişindən asılı olaraq gələcəkdə baxa bilər. Lakin hazırkı mərhələdə əsas istiqamət dövlət hesabına təhsil alanlara daha çox yer ayrılmasıdır və proses hazırda bu formada davam edir”.
17:07 / 13 Noyabr 2026
1
16:59 / 13 Noyabr 2026
45
16:51 / 13 Noyabr 2026
63
16:37 / 13 Noyabr 2026
95
16:29 / 13 Noyabr 2026
65
16:08 / 13 Noyabr 2026
167
16:00 / 13 Noyabr 2026
81
15:42 / 13 Noyabr 2026
289
15:37 / 13 Noyabr 2026
88
15:30 / 13 Noyabr 2026
87
15:01 / 13 Noyabr 2026
97
14:59 / 13 Noyabr 2026
218
14:50 / 13 Noyabr 2026
112
14:46 / 13 Noyabr 2026
98
14:33 / 13 Noyabr 2026
105
14:24 / 13 Noyabr 2026
561
14:17 / 13 Noyabr 2026
463
14:12 / 13 Noyabr 2026
108
14:05 / 13 Noyabr 2026
202
14:00 / 13 Noyabr 2026
114
13:43 / 13 Noyabr 2026
232
13:41 / 13 Noyabr 2026
112
13:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.