Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
877
03.03.2026, 22:05
Son dövrlər mağazalarda eyni məhsula iki fərqli qiymət qoyulur. Məsələn, malın üzərində 100 manat yazılır, nağd ödənildikdə 100 manat, kartla ödəniş edəndə müştəridən 105 manat (və ya əlavə faiz) tələb olunur.
Dövlət "kölgə iqtisadiyyatı"nı azaltmaq üçün nağdsız ödənişləri (POS-terminal) məcburi etsə də, sahibkarların bu addımı vətəndaşları yenidən nağd pula qayıtmağa sövq edir.
Oxu24.com xəbər verir ki, alıcılar tez-tez "kartla baha, nağd ucuz" dilemması ilə üz-üzə qalırlar. Bu da şəffaflığı artırmaq əvəzinə, nağd dövriyyəni stimullaşdırır.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab verilib.
"Mülki qanunvericiliyə görə, fiziki şəxslərin iştirakı ilə hesablaşmalar onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd pullarla və ya nağdsız qaydada aparıla bilər.
Əlavə olaraq bildiririk ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Qanuna əsasən, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.
Məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır. Sözügedən POS-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Əlavə olaraq bildiririk ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) hesabına dair istehlakçıların az miqdarda aldadılması inzibati məsuliyyətə səbəb olur.
İstehlakçılar qeyd edilən hüquqlarının pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər",-deyə açıqlamada qeyd olunur.
Çimnaz Telmanqızı
17:07 / 13 Noyabr 2026
1
16:59 / 13 Noyabr 2026
45
16:51 / 13 Noyabr 2026
63
16:37 / 13 Noyabr 2026
95
16:29 / 13 Noyabr 2026
65
16:08 / 13 Noyabr 2026
167
16:00 / 13 Noyabr 2026
81
15:42 / 13 Noyabr 2026
289
15:37 / 13 Noyabr 2026
88
15:30 / 13 Noyabr 2026
87
15:01 / 13 Noyabr 2026
97
14:59 / 13 Noyabr 2026
218
14:50 / 13 Noyabr 2026
112
14:46 / 13 Noyabr 2026
98
14:33 / 13 Noyabr 2026
105
14:24 / 13 Noyabr 2026
561
14:17 / 13 Noyabr 2026
463
14:12 / 13 Noyabr 2026
108
14:05 / 13 Noyabr 2026
202
14:00 / 13 Noyabr 2026
114
13:43 / 13 Noyabr 2026
232
13:41 / 13 Noyabr 2026
112
13:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.