Prezident Zəngilandan Ermənistana hansı mesajı verdi? — POLİTOLOQLA MÜZAKİRƏ
11 May 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
595
23.02.2026, 14:36
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib.
Oxu24.com xəbər verir ki, Prezident bununla bağlı "İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı" Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb.
Qeyd edək ki, Konvensiya informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.
Preambula, 9 fəsil və 68 maddədən ibarət olan Konvensiya dövlət suverenliyinə, konstitusion prinsiplərə və insan hüquqlarına hörmət edilməsini təmin edən hüquqi balans mexanizmlərini nəzərdə tutur. Cinayət təqibi tədbirlərinin qanunçuluq, proporsionallıq və məhkəmə nəzarəti çərçivəsində həyata keçirilməsi Konvensiyanın əsas tələblərindən biridir. Konvensiya qarşılıqlı hüquqi yardım prosedurlarının sadələşdirilməsini və standartlaşdırılmasını təmin etməklə hüquq-mühafizə orqanları arasında əməkdaşlığı sürətləndirir. Xarici rəqəmsal xidmət provayderləri və platformalarla əməkdaşlıq üçün hüquqi müəyyənlik yaradılır ki, bu da məlumatların qanuni əldə edilməsi və istifadəsi prosesini daha səmərəli edir.
Konvensiya institusional potensialın gücləndirilməsi, ixtisasartırma və təcrübə mübadiləsini təşviq edən mexanizmləri nəzərdə tutur.
Azərbaycan bu beynəlxalq sənədi ratifikasiya edən ilk dövlətlərdən biri, potensial olaraq isə ilk dövlət kimi çıxış edəcək.
15:38 / 11 May 2026
65
15:30 / 11 May 2026
10883
15:22 / 11 May 2026
33
15:20 / 11 May 2026
31
14:59 / 11 May 2026
45
14:52 / 11 May 2026
58
14:47 / 11 May 2026
240
14:45 / 11 May 2026
136
14:43 / 11 May 2026
87
14:23 / 11 May 2026
1084
14:11 / 11 May 2026
208
14:08 / 11 May 2026
81
13:42 / 11 May 2026
74
13:30 / 11 May 2026
100
13:25 / 11 May 2026
197
13:14 / 11 May 2026
65
12:50 / 11 May 2026
558
12:46 / 11 May 2026
66
12:37 / 11 May 2026
65
12:36 / 11 May 2026
68
12:18 / 11 May 2026
108
12:07 / 11 May 2026
84
12:01 / 11 May 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.