Fərid Əkbərli: "BMT Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir"
17 May 2026, 19:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1388
23.02.2026, 13:50
General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyevin fövqəladə hallar nazirinin müavini vəzifəsndən azad edildiyi rəsmən təsdiqlənib.
Oxu24.com xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Modern.az saytının sorğusuna verilən cavabda bildirilib.
Qeyd edilib ki, Orucəli Hacıyevlə Etibar Mirzəyevin adlarının nazirliyin rəsmi internet səhifəsindəki rəhbərlik bölməsindən çıxarılması onların vəzifədən azad edilməsilə bağlıdır.
***
Fövqəladə Hallar Nazirliyində (FHN) müavinlərin vəzifədən azad edilməsi dolayısı ilə təsdiqlənib.
Nazirliyin rəsmi internet səhifəsində rəhbərlik bölməsində dəyişiklik edilib.
Belə ki, dünənədək həmin bölmədə nazir müavinləri kimi göstərilən general-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyevin adı siyahıdan çıxarılıb.
Xatırladaq ki, bir müddət əvvəl onların vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Lakin nazirlik bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi.
İndi generallar Orucəli Hacıyevlə Etibar Mirzəyevin adının FHN-in saytından çıxarılması onların vəzifədən azad edilməsini təsdiqləmiş olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin saytında general-leytenant Rəfail Mirzəyev 1-ci müavin, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tapdıq Əmiraslanov və Adil Abdullayevin isə müavinlər olaraq göstərilib.
08:44 / 18 May 2026
8
08:28 / 18 May 2026
23
07:53 / 18 May 2026
41
02:40 / 18 May 2026
86
02:18 / 18 May 2026
270
02:05 / 18 May 2026
433
01:43 / 18 May 2026
181
01:36 / 18 May 2026
637
01:33 / 18 May 2026
160
01:19 / 18 May 2026
784
01:17 / 18 May 2026
104
01:14 / 18 May 2026
94
19:32 / 17 May 2026
126
19:27 / 17 May 2026
152
19:12 / 17 May 2026
3013
19:02 / 17 May 2026
129
19:00 / 17 May 2026
120
18:43 / 17 May 2026
690
18:41 / 17 May 2026
116
18:39 / 17 May 2026
113
18:37 / 17 May 2026
116
18:35 / 17 May 2026
144
17:32 / 17 May 2026
264
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.