SON DƏQİQƏ! ABŞ İranın bu tələblərini QƏBUL ETDİ
11 Aprel 2026, 20:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
691
20.02.2026, 15:19
Xaricdə yaşayan bir qrup radikal və anti-Azərbaycan mövqeyi ilə seçilən şəxslər Vaşinqtonda Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmağa cəhd göstərərək növbəti təxribata imza atıblar. Aqressiv və təhrikedici davranışları ilə diqqət çəkən həmin şəxslər qeyri-etik ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa çalışıblar.
Onların bu hərəkəti ABŞ qanunvericiliyi və beynəlxalq təhlükəsizlik normalarına açıq hörmətsizlik kimi qiymətləndirilir. Xaricdə ölkə əleyhinə kampaniya aparan bu cür ünsürlərin davranışı bir daha göstərir ki, məqsəd fikir ifadə etmək deyil, diqqət çəkmək və təxribat yaratmaqdır. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə koordinasiyalı şəkildə operativ müdaxilə edərək vəziyyəti nəzarət altına alıblar. Peşəkar və soyuqqanlı davranış nəticəsində təxribat cəhdinin qarşısı alınıb.
Maraqlıdır, bu təxribatə törətməyə cəhd edənlər kimlərdir? Onlar nəyə görə Azərbaycanın beynəlxalq imicini zədələməyə çalışırlar?
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Vaşinqtonda baş verən insident ətrafında aparılan informasiya kampaniyası Azərbaycana qarşı qərəzli yanaşmaların hələ də davam etdiyini göstərir.
Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlər beynəlxalq informasiya məkanında tez-tez siyasi manipulyasiya predmetinə çevrilir:
“Hadisənin mahiyyəti obyektiv şəkildə araşdırılmalı, yalnız bundan sonra hüquqi və siyasi qiymət verilməlidir. Təəssüf ki, baş verən təxribatın məqsədli şəkildə siyasiləşdirilməsi və kontekstdən çıxarılaraq təqdim olunması açıq şəkildə müşahidə olunur. Bununla yanaşı qeyd etməliyəm ki, Prezidentin təhlükəsizlik xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirdi. Dövlət başçısının və rəsmi nümayəndə heyətinin təhlükəsizliyi çevik və koordinasiyalı şəkildə təmin olundu. Bu fəaliyyət tam beynəlxalq standartlara uyğundur və Azərbaycan təhlükəsizlik strukturlarının xarici səfərlər zamanı sistemli və peşəkar işlədiyini bir daha təsdiqləyir”.
Həmçinin oxuyun
Deputat diqqətə çatdırıb ki, ABŞ-da erməni lobisinin fəal simalarından olan Frank Pallone və ANKA təşkilatı hadisəni təxribatçı kontekstdə təqdim etməyə çalışıblar:
“Bu, yeni yanaşma deyil. Azərbaycanla bağlı hər hansı epizoddan istifadə edərək siyasi kampaniya qurmaq, daxildə müəyyən şəxsləri və xarici dairələri prosesə cəlb etmək uzun illərdir müşahidə olunur. Bugünkü hadisə ilə bağlı informasiya manipulyasiyaları reallığı təhrif edir, faktları kontekstdən çıxarır və ictimai rəyi başqa istiqamətə yönəltməyə xidmət edir. Halbuki beynəlxalq münasibətlərdə əsas prinsip faktlara söykənmək, hüquqa əsaslanmaq və dövlətlərin suverenliyinə hörmət etməkdir”.
A.Nağıyev vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetləri suverenlik, ərazi bütövlüyü, milli-mənəvi dəyərlərə sadiqlik və Azərbaycan vətəndaşının rifahıdır:
“Biz hüquqi dövlətdə yaşayırıq və hüquqa əsaslanan siyasət yürüdürük. Dövlət institutlarımızın koordinasiyalı fəaliyyəti və Azərbaycanın prinsipial mövqeyi bu kimi təxribatların qarşısında ən güclü cavabdır. Cənab Prezident İlham Əliyevin siyasəti süverenlik, ərazi bütövlüyümüz, eyni zamanda milli mənəvi dəyərlərə sökənməkdir. Biz hüquqi dövlətdə yaşayırıq və hüquqa əsaslanan siyasət yürüdürük".
00:25 / 12 Aprel 2026
222
00:15 / 12 Aprel 2026
166
00:12 / 12 Aprel 2026
53
00:09 / 12 Aprel 2026
52
00:03 / 12 Aprel 2026
137
23:50 / 11 Aprel 2026
21644
23:47 / 11 Aprel 2026
74
23:33 / 11 Aprel 2026
59
23:26 / 11 Aprel 2026
114
23:22 / 11 Aprel 2026
164
23:09 / 11 Aprel 2026
76
23:08 / 11 Aprel 2026
69
23:01 / 11 Aprel 2026
172
22:48 / 11 Aprel 2026
575
22:46 / 11 Aprel 2026
69
22:39 / 11 Aprel 2026
60
22:34 / 11 Aprel 2026
74
22:32 / 11 Aprel 2026
452
22:19 / 11 Aprel 2026
183
22:18 / 11 Aprel 2026
300
22:07 / 11 Aprel 2026
184
22:03 / 11 Aprel 2026
88
22:02 / 11 Aprel 2026
1133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.