Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
14 Noyabr 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1206
30.01.2026, 15:02
İran mediası məlumat yayıb ki, Çin ordusuna məxsus 055 və 052D tipli bir neçə ağır esmines Haynan bazasından İran sularına göndərilib.
Bunun bazar günü İran, Çin və Rusiyanın birgə keçirəcəyi hərbi dəniz təlimləri ilə bağlı olduğu bildirilib. Amma bəzi ekspertlər ABŞ donanmasının bölgədə olması ilə üst-üstə düşən bu hərəkəti Pekinin Tehrana dəstəyinin nümunəsi hesab edirlər.
Bu təhlükəli alyansın Azərbaycana bir zərəri mümkündürmü? Axı, ABŞ hücuma keçərsə, qarşısında bu 3 ölkə durarsa, içi biz qarışıq qonşu dövlətlər üçün təhlükə olmazmı?
Mövzu ilə bağlı Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Ədalət Partiyasının sədri Mütəllim Rəhimov fikirlərini Oxu24.com-la bölüşüb.
Partiya sədri bildirib ki, Çin və Rusiyanın İranı müdafiə etməsi yeni xəbər deyil:” Ötən il iyun ayında baş vermiş 12 günlük müharibədə də Çin dolayı yollarla İrana dəstək vermişdi. Ancaq indi bunu daha aşkar edir. Hərbi təlimlər əslində İrana ən böyük dəstək mesajıdır. Rəsmi Pekin Birləşmiş Ştatlara açıq şəkildə bildirir ki, İran bu dəfəki müharibədə tək qalmayacaq. Çinin aşkar müdaxiləsi region üçün miqyasına və nəticələrinə görə daha fəlakətli müharibə vəd edir” -deyə Mütəllim Rəhimov vurğulayıb.
Xatırladaq ki, İranda baş verən etiraz dalğalarından sonra Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25%-lik gömrük rüsumları tətbiq edib. Bundan sonra Çin İranı dəstəklədiyini bildirib.
Beləki, bir həftə əvvəl Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi fikirə qarşı çıxıb:”Biz ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıyıq. Pekin Tehran tərəfindən milli sabitliyin təmin olunması səylərini dəstəkləyir",- o qeyd etmişdi.
Əntiqə Rəşid
11:00 / 14 Noyabr 2026
1
10:58 / 14 Noyabr 2026
29
10:46 / 14 Noyabr 2026
49
10:36 / 14 Noyabr 2026
50
10:17 / 14 Noyabr 2026
46
09:59 / 14 Noyabr 2026
79
09:46 / 14 Noyabr 2026
86
09:30 / 14 Noyabr 2026
81
09:29 / 14 Noyabr 2026
108
09:23 / 14 Noyabr 2026
100
08:09 / 14 Noyabr 2026
1385
01:15 / 14 Noyabr 2026
164
00:40 / 14 Noyabr 2026
316
00:02 / 14 Noyabr 2026
1224
23:58 / 13 Noyabr 2026
164
23:49 / 13 Noyabr 2026
162
23:40 / 13 Noyabr 2026
172
23:28 / 13 Noyabr 2026
164
23:22 / 13 Noyabr 2026
161
23:17 / 13 Noyabr 2026
434
23:09 / 13 Noyabr 2026
194
23:05 / 13 Noyabr 2026
159
23:02 / 13 Noyabr 2026
351
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.