Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
635
22.01.2026, 11:21
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq siyasi gündəmdə geniş müzakirələrə səbəb olub. Trampın bu mövzuda sərt və qətiyyətli ritorikası Avropa–ABŞ münasibətləri, eləcə də NATO-nun gələcəyi baxımından suallar doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ prezidentinin mövqeyini dəyərləndirib.
Elxan Şahinoğlu bildirib ki, Donald Tramp Qrenlandiya məsələsində mövqeyini qəti şəkildə ortaya qoyub:
“Donald Tramp Qrenlandiya məsələsində geri çəkilənə oxşamır. Davosa səfərinin əsas məqsədlərindən biri də bu mövzu ilə bağlı çıxış edərək Qrenlandiyanın ABŞ-ın nəzarətinə keçməli olduğunu açıq şəkildə bəyan etmək idi.”
Politoloqun sözlərinə görə, ABŞ-ın Qrenlandiyanı hərbi yolla nəzarətə götürməsi ciddi beynəlxalq nəticələrə səbəb ola bilər:
“Əgər Amerika Qrenlandiyanı hərbi yolla nəzarətə götürsə, Avropanın buna real reaksiya vermək imkanları məhdud olacaq. Lakin bu addım Avropa–Amerika münasibətlərinə ciddi zərbə vurar. NATO dağılsa da, dağılmasa da, bu proses alyansın zəifləməsinə gətirib çıxarar.”
Turan Etibaroğlu
15:45 / 14 Noyabr 2026
43
15:27 / 14 Noyabr 2026
190
15:25 / 14 Noyabr 2026
81
15:07 / 14 Noyabr 2026
145
15:05 / 14 Noyabr 2026
95
14:44 / 14 Noyabr 2026
121
14:31 / 14 Noyabr 2026
96
14:24 / 14 Noyabr 2026
451
14:19 / 14 Noyabr 2026
100
14:15 / 14 Noyabr 2026
94
14:09 / 14 Noyabr 2026
230
13:50 / 14 Noyabr 2026
2137
13:48 / 14 Noyabr 2026
124
13:16 / 14 Noyabr 2026
120
13:03 / 14 Noyabr 2026
107
12:49 / 14 Noyabr 2026
134
12:25 / 14 Noyabr 2026
125
12:09 / 14 Noyabr 2026
133
11:58 / 14 Noyabr 2026
130
11:50 / 14 Noyabr 2026
118
11:39 / 14 Noyabr 2026
111
11:19 / 14 Noyabr 2026
133
11:09 / 14 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.