Təyyarə qəzası ilə bağlı Rusiyayla razılaşma: Azərbaycanın prinsipial mövqeyinin nəticəsi
15 Aprel 2026, 19:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
555
19.01.2026, 22:00
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini deyib.
Dövlət başçısı vurğulayıb ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.
Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
****
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
Söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.
Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
20:12 / 15 Aprel 2026
6
20:04 / 15 Aprel 2026
19
20:01 / 15 Aprel 2026
32
19:59 / 15 Aprel 2026
22
19:56 / 15 Aprel 2026
40
19:51 / 15 Aprel 2026
35
19:40 / 15 Aprel 2026
50
19:39 / 15 Aprel 2026
37
19:26 / 15 Aprel 2026
48
19:16 / 15 Aprel 2026
44
19:05 / 15 Aprel 2026
61
19:04 / 15 Aprel 2026
47
18:56 / 15 Aprel 2026
72
18:47 / 15 Aprel 2026
410
18:46 / 15 Aprel 2026
48
18:43 / 15 Aprel 2026
73
18:36 / 15 Aprel 2026
61
18:27 / 15 Aprel 2026
79
18:10 / 15 Aprel 2026
1548
17:46 / 15 Aprel 2026
80
17:15 / 15 Aprel 2026
70
17:01 / 15 Aprel 2026
76
16:49 / 15 Aprel 2026
1434
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.