Qaynar xətt:

(+99450) 247 90 86

Erməni deputatın “Amaras monastrımız” saxtakarlığına professordan cavab  

Erməni deputatın “Amaras monastrımız”  saxtakarlığına professordan cavab  

SİYASƏT

1181

13.01.2026, 12:14

Ermənistan müxalifət fraksiyasından olan deputat Mher Melkonyan Azərbaycan  və Ermənistan arasındakı  yaxınlaşma prosesinə zərbə vurmaqda israrlı olduğunu  isbat edir.

Oxu24.com xəbər verir ki,  deputata sosial şəbəkə hesabında   Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsinin Cütcü kəndi ərazisində yerləşən xristian alban monastırı olan Amaras monastrının fotosunu paylaşaraq yazıb: “Bu, Artsax Respublikasının Martuni bölgəsindəki Maçkalaşen kəndi yaxınlığında yerləşən Amaras monastırıdır. Amaras Ermənistan dövlətçiliyinin, milli kimliyinin və Artsaxdakı tarixi varlığımızın ayrılmaz hissəsidir”.

 Erməni deputatın bu sayıqlamasına özüm cavab versəydim  bəlkə də tutarlı olmazdı, ona görə də  AMEA-nın Tarix İnstitutunun əməkdaşı, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, professor  Faiq İsmayılovun  cavab verməsini istədik.

Professor ermənilərin hələ də mənasız   “tarixi” uydurmalarla özlərini təssəlli etməsinə  istehzasını gizlətmədi belə lazımsız xəyallarla yaşamaqlarının onlara faydası olmadığını dilə gətirdi: ” Ermənilər Qarabağda özlərinə tarix yaratmaq üçün yüzlərlə uydurma faktlarla dolun kitablar çap ediblər. Həmin kitablarda guya   Kəlbəcərdəki Xudavəng monastrı da bunlara “dədələrindən” qalıb ,  hələ üstəlik ikinci əsas tarixi abidə Amaras monastrıda… Ermənilər özləri də bilir ki,  işğaldan azad olunmuş ərazilərimizdə heç vaxt ermənilərin tarixi-dini abidələri olmayıb. Onlar anlayır ki, Amaras monastrı Azərbaycan xalqının tarixi və milli-mənəvi dəyərləri baxımından xüsusi əhəmiyyətə malik abidələrdəndir.  Monastrı hətta SSRİ zamanında həm xristian, həm də müsəlman əhali ziyarət edib, ona hörmətlə yanaşıblar. Dünya tarixində belə nümunələrə nadir hallarda rast gəlinib. Bu məsələnin kökündə isə o dayanır ki, Amaras monastrı qədim Albaniya dövləti zamanında burada yaşayan türkdilli xalqlar tərəfindən inşa edilib. Hətta bu dövrdə xristianlıq belə bizim ölkəmizdə tam şəkildə yayılmayıb. Lakin bu abidə və digər tarixi-dini abidələrimiz bizim ortaq dəyərimiz kimi əsrlərlə dəyişən nəsillər tərəfindən qorunub saxlanılıb. Ümumiyyətlə isə, tam əminliklə deyə bilərik ki, bizim işğaldan azad edilən ərazilərimizdə tarixin heç bir dövründə erməni xaçı, erməni abidəsi olmayıb. Onların istinad etdikləri Şuşada olan iki kilsə isə rus provoslav kilsələridir. Həmin kilsələr Azərbaycanın şimalının tamamilə Çar Rusiyası tərəfindən işğal edilməsindən sonra tikilib. Belə ki, o zaman Çar Rusiyasının qoşunları Azərbaycanın hər yerinə, o cümlədən Şuşaya yerləşdirildi. Həmin kilsələr də əsgər və zabitlərin ibadəti üçün inşa edilib” - professor bildirib.

Professor onu da vurğulayıb ki, tarixdə heç vaxt “erməni soyqırımı olmadığı halda ermənilər 100 ildən çoxdur ki, “soyqırım olduq” deyib bunu dünyaya qəbul etdirməyi bacarıblar:” O saxta soyqırımı 100-dən çox ölkə  tanıyıb.  Aydındır ki, Qarabağ haqqında nağılları ilə də  dünyanı inandırmağa çalışacaqlar. Ona görə də,  biz də buna qarşı tədbirlərimizi almalı, erməni uydurmalarını heçə endirən  faktlarımızı dünyaya çatdırmalıyıq”.

Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0