Milli Məclis mühüm qərarlar qəbul edib
12 May 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5028
12.01.2026, 14:04
Azərbaycanda hərbi xidmətin təşkili ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Dəyişikliklərə əsasən, qanunvericilikdə “Hərbi xidmət haqqında” anlayışı “Hərbi vəzifə və hərbi xidmət haqqında” anlayışı ilə əvəz olunub. Bununla yanaşı, həqiqi hərbi xidmətin növləri dəqiqləşdirilib. Belə ki, müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti və müddətdən artıq həqiqi hərbi xidmət əsas xidmət növləri kimi müəyyən edilib.
Zabitlərlə bağlı müddəalarda da yeniliklər edilib.
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü hərbi xidmətə daxil olan zabitlər üçün xidmət müddəti 1 il müəyyən edilib. Bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilə bilərlər. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün isə bağlaşma ilə xidmət müddəti 3 ilədək nəzərdə tutulub.
Qanunvericiliyə edilən dəyişikliklərdən biri də 6 aylıq xidmət müddəti ilə bağlıdır. Belə ki, bir sıra maddələrdən “6 ay” ifadəsi çıxarılıb və zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən ali təhsilli müddətli hərbi qulluqçuların zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olması ilə bağlı yeni norma əlavə edilib.
Eyni zamanda, hərbi rütbələrin verilməsi, vəzifəyə təyinat və həqiqi hərbi xidmətdən buraxılma ilə bağlı qaydalarda texniki və məzmun xarakterli düzəlişlər aparılıb.
Qeyd edək ki, dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.5-ci maddəsində də əksini tapıb və həmin maddədən “6 ay” ifadəsi çıxarılıb.
09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.