Prezident təsdiq etdi - SƏRƏNCAM
05 Dekabr 2025, 17:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
511
14.09.2025, 14:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, "PMD Projects" MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.
Bildirilib ki, hazırda Hadrut qəsəbəsində "PMD GROUP" tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.
Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.
Həmçinin oxuyun
Qeyd edək ki, bu məscidin təməlini dövlətimizin başçısı 2021-ci ilin oktyabrında qoyub.
Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərimizdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
19:35 / 05 Dekabr 2025
6
19:30 / 05 Dekabr 2025
198
19:27 / 05 Dekabr 2025
19
19:16 / 05 Dekabr 2025
27
18:35 / 05 Dekabr 2025
27
18:03 / 05 Dekabr 2025
678
17:56 / 05 Dekabr 2025
100
17:41 / 05 Dekabr 2025
96
17:26 / 05 Dekabr 2025
1355
17:21 / 05 Dekabr 2025
310
17:15 / 05 Dekabr 2025
124
17:15 / 05 Dekabr 2025
62
17:06 / 05 Dekabr 2025
89
16:49 / 05 Dekabr 2025
2282
16:46 / 05 Dekabr 2025
331
16:44 / 05 Dekabr 2025
260
16:30 / 05 Dekabr 2025
65
16:25 / 05 Dekabr 2025
195
16:07 / 05 Dekabr 2025
150
16:01 / 05 Dekabr 2025
68
15:50 / 05 Dekabr 2025
107
15:45 / 05 Dekabr 2025
67
15:43 / 05 Dekabr 2025
76
15:38 / 05 Dekabr 2025
116
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.