Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
17 Noyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
614
14.09.2025, 13:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub.
Oxu24.com xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, yeni salınacaq kəndə Ermənistanın işğalı zamanı dağıdılmış Qaraxanbəyli və Merdinli kəndlərinin sakinləri yerləşdiriləcək.
Layihə iki mərhələdə icra olunacaq. Gələn il yekunlaşdırılması nəzərdə tutulan birinci mərhələ 87 hektara yaxın ərazidə həyata keçiriləcək. Bu mərhələdə 404 ailənin, ümumilikdə 1 861 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazidə 81 ədəd iki, 202 ədəd üç, 101 ədəd dörd, 20 ədəd beş otaqlı olmaqla, 404 fərdi ev inşa ediləcək. Kənddə sosial infrastrukturun, o cümlədən inzibati və xidmət binalarının, məktəbin, uşaq bağçasının, tibb məntəqəsinin inşası, 16 kilometrə yaxın daxili yolların, həmçinin elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi planlaşdırılır.
2027–2030-cu illəri əhatə edəcək ikinci mərhələ isə 230 hektara yaxın ərazidə icra olunacaq. Həmin dövr buraya 1 075 ailənin, ümumilikdə 4 093 nəfərin köçürülməsi nəzərdə tutulur. İki, üç, dörd və beş otaqlı olmaqla 771 fərdi ev və iki-üç mərtəbəli yaşayış binaları inşa ediləcək. İkinci mərhələ çərçivəsində də məktəbin və 2 uşaq bağçasının inşası planlaşdırılır. Əhalinin və evlərin sayı kəndin 20 illik perspektiv inkişafı nəzərə alınmaqla müəyyən edilib.
00:49 / 17 Noyabr 2026
62
00:34 / 17 Noyabr 2026
154
00:17 / 17 Noyabr 2026
82
23:58 / 16 Noyabr 2026
92
23:50 / 16 Noyabr 2026
101
23:37 / 16 Noyabr 2026
109
23:33 / 16 Noyabr 2026
94
23:25 / 16 Noyabr 2026
95
23:07 / 16 Noyabr 2026
96
22:57 / 16 Noyabr 2026
106
22:47 / 16 Noyabr 2026
111
22:30 / 16 Noyabr 2026
108
22:25 / 16 Noyabr 2026
151
22:21 / 16 Noyabr 2026
233
22:10 / 16 Noyabr 2026
139
21:59 / 16 Noyabr 2026
107
21:52 / 16 Noyabr 2026
144
21:46 / 16 Noyabr 2026
109
21:35 / 16 Noyabr 2026
137
21:30 / 16 Noyabr 2026
2126
21:24 / 16 Noyabr 2026
117
21:16 / 16 Noyabr 2026
130
21:01 / 16 Noyabr 2026
159
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.