Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan-Rusiya münasibətlərini müzakirə etdilər 

news/2025_08_23/lavrov_1755954073.jpg

SİYASƏT

754

23.08.2025, 16:59

Xarici işlər naziri Ceyhun Bayramov ilə rus həmkarı Sergey Lavrovla telefonla danışıb.

Oxu24.com   xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli və çoxtərəfli gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi və humanitar əməkdaşlığın müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının cari ilin 22 avqust tarixində Həştərxan şəhərində keçirilmiş son iclası barədə fikir mübadiləsi apararaq, iclasın nəticələrini yüksək qiymətləndiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.