Qaynar xətt:

(+99450) 247 90 86

Makron Paşinyanla görüşü ermənicə təsvir etdi - Foto

SİYASƏT

964

15.07.2025, 09:30

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mümkün qədər tez imzalanması regionun bütün ölkələri üçün yeni səhifə aça bilər.

Oxu24.com xəbər verir ki, bu barədə o, Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Makronun sözlərinə görə, görüş zamanı o, Fransanın Ermənistanın Azərbaycanla sülh əldə etmək səylərini dəstəklədiyini bir daha təsdiqləyib:

“Ermənistan və Azərbaycan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanması regionda və ondan kənarda bütün ölkələr və xalqlar üçün yeni səhifə açacaq”.

Diqqətçəkən məqam isə budur ki, sülh çağırışı edən Fransa lideri paylaşımını ermənicə yazıb.