Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentə başsağlığı verdi

Prezidentə     başsağlığı       verdi

SİYASƏT

1161

10.02.2025, 16:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.

Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.