Qaynar xətt:

(+99450) 247 90 86

İbrahimbəyov Mehriban Əliyevaya təşəkkür etdi

İbrahimbəyov Mehriban Əliyevaya təşəkkür etdi

SİYASƏT

1585

01.05.2018, 16:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov uzun fasilədən sonra mətbuata açıqlama verib. \"Qafqazinfo\" xəbər verir ki, o, Modern.az-a bəzi məsələlərlə bağlı danışıb.
Bir vaxtlar siyasi meydana qatılsa da, indi siyasətdən tamam uzaq olduğunu bildirib: \"Hazırda teatr səhnəsi üçün tamaşalar yazıram. Yaradıcı işlərimdən zövq aldığımı deyə bilərəm. Artıq siyasətdə də yoxam. 2013-cü ildə siyasətə qatılmağım bir təsadüf idi. Həmin ildə  siyasətə qatılmağımla bağlı təəssüfedici məqamlar da var. Mənim siyasətə qatılmağım müxalifəti birləşdirmək missiyası daşıyırdı. Təəssüf ki, müxalifət heç zaman birləşə bilmədi. Amma 2013-cü ildə siyasətə qatılmaqla Cəmil Həsənli kimi dəyərli bir insanı tanıdım Bu gün də əlaqələrimiz var”.
Kinorejissor ziyalı kəsimlə də bağlı fikirlərini bölüşüb: “Azərbaycanda ziyalı kəslər kifayət qədərdir. Ziyalılıq isə ziyalı təbəqə kimi sıradan çıxıb. Ona görə də Azərbaycan ziyalılarına müraciət edərək deyirəm ki, aktiv olsunlar! İctimai siyasətə yox, ictimai həyata açıq olsunlar”. Rüstəm İbrahimbəyov mərhum qardaşı Maqsud İbrahimbəyovun bu yaxınlarda  olmuş Yaradıcılıq Mərkəzinin açılışından da söz açıb. \"Qardaşım Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin açılış mərasiminin keçirilməsinə çox şad oldum.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da açılışda  iştirak etmişdi. Ümumiyyətlə, onların hər birinə təşəkkür edirəm ki, Maqsudla mənim baba ocağımı diqqətdən kənar qoymadılar. Bu, həm də Maqsudun dünya şöhrətli yazıçı olmasından irəli gəlir ki, dünyasını dəyişsə də, onunla bağlı xatirələr unudulmadı. Bundan sonra həmin binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək”. O, Bakı üçün darıxdığını da dilə gətirib: “Vətənim üçün çox darıxıram. Yalnız bir dəfə Bakıya gəlmək qismət oldu. O da qardaşım dünyasını dəyişəndə... Sadəcə, indi vətənim üçün darıxsam da, gəlməyə o qədər də marağım yoxdur”. Qeyd edək ki, tanınmış kinorejissor 2013-cü ilin prezident seçkiləri öncəsi aktiv siyasətə qoşulsa da, sonradan geri çəkildi.

Digər xəbərlər

Baş nazir sərəncam imzaladı 

19:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazir sərəncam imzaladı 

6

0
Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

33

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

130

0
medialiteracy-media-gov
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

50

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

64

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

93

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

76

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

95

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

69

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

67

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

70

0