XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
26 Noyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
374
17.05.2024, 10:40
Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Azərbaycan İrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi istiqamətində aparılan işlər barədə yerli medianın sualına cavablandırarkən deyib.
O bildirib ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub:
"Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib".
XİN sözçüsü vurğulayıb ki, hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür:
"Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır".
15:34 / 26 Noyabr 2026
1
15:27 / 26 Noyabr 2026
32
15:15 / 26 Noyabr 2026
236
15:10 / 26 Noyabr 2026
73
15:09 / 26 Noyabr 2026
65
15:01 / 26 Noyabr 2026
63
14:54 / 26 Noyabr 2026
88
14:50 / 26 Noyabr 2026
80
14:45 / 26 Noyabr 2026
93
14:30 / 26 Noyabr 2026
436
14:28 / 26 Noyabr 2026
112
14:25 / 26 Noyabr 2026
115
14:21 / 26 Noyabr 2026
93
14:13 / 26 Noyabr 2026
104
14:11 / 26 Noyabr 2026
123
13:55 / 26 Noyabr 2026
172
13:54 / 26 Noyabr 2026
115
13:32 / 26 Noyabr 2026
118
13:29 / 26 Noyabr 2026
118
13:15 / 26 Noyabr 2026
207
13:05 / 26 Noyabr 2026
349
13:02 / 26 Noyabr 2026
697
12:56 / 26 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.