Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1692
14.08.2025, 13:23
Son günlər sosial şəbəkələrdə elektrik enerjisinin verilişinin tez-tez kəsilməsi ilə bağlı şikayət xarakterli paylaşımlara rast gəlinir.Xüsusilə,isti yay günlərində elektrik enerjisinin kəsilməsi əhali arasında ciddi narazılığa səbəb olur.
Oxşar hadisə ilə bağlı bir qrup Ucar rayon sakini Oxu24.com saytına müraciət edib.
Sakinlərin bildirdiyinə görə,rayon ərazisində gün ərzində azı 5-6 dəfə elektrik enerjisinin verilməsi dayandırılır.Bu, fasilə yarım saatdan,bir neçə saata qədər davam edir.Rayonun xüsusu ilə Qarabörk,Qazyan,Alpout,Şilyan,Müsüslü kəndlərində işığın tez-tez söndürülməsi ciddi narazılığa səbəb olub.
Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə,isti yay günlərində bu kimi halların yaşanması adi hal alıb.
Oxu24.com məsələ ilə bağlı “Azərişıq” ASC-nin Ucar Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinovla əlaqə saxlayıb.O,açıqlamasında belə bir problemin olduğunu təsdiqləyib.
"Havalar isti keçdiyi nüçün elektrik enerjisinə tələbat da artıb.Bu səbəbdən də xətlərdə yüklənmələr müşahidə olunur.Yaranmış problemin aradan qaldırılması üçün əməkdaşlarımız demək olar ki,gecə-gündüz işləyirlər.Yaranmış vəziyyətlə bağlı "Azərenerji"ilə də danışıqlar aparırıq.Problem həllini tapacaq",-deyə Ucar Elektrik Şəbəkəsinin rəisi bildirib.
Həmçinin oxuyun
Rayonun işıq problemi ilə bağlı qısa araşdırma apardıq.Məlum olur ki, xətlərin əksəriyyəti Sovet dönəmindən qaldığı üçün yüklənmələrə tab gətirə bilmir.Bundan əlavə ən böyük problemlərdən biri də xətlərin düzgün çəkilməməsi ilə bağlıdır. Bir neçə kəndin elektrik enerjisinin eyni mənbədən götürülməsi ciddi problemlərə səbəb olur.
"Bizim kənd Qarabörkdür. Bizdən sonra Qazyan,Lək və başqa kəndlər gəlir. Onların da işıq xətləri bizim kəndin üzərindən keçir. Ləkdə,Qazyanda bir hadisə olanda bütün kəndlərin işığı sönür. Bu düzgün sistem deyil.Kiçik bir qəzaya görə,bütöv bir rayonun işığının dayandırılması hansı məntiqə sığır?",-deyə narazı kənd sakini bildirib.
Qeyd edək ki, Ucar Azərbaycanın Mərkəzi aran rayonudur. Ərazinin quraqlığını və havanın tempertaurunun digər ərazilərlə müqayisədə daha yüksək olmasını nəzərə alsaq,əhalinin isti havalarda işıqsız qalmasının nə demək olmasını anlamaq o qədər də çətin olmaz.
Məlumat üçün qeyd edək ki, Ucar Elektrik Şəbəkəsinin rəisi Səfa Şirinov "Azərişıq" ASC Salyan filialının rəisi vəzifəsindən azad edildikdən sonra Ucar rayonuna göndərilib.Onun gəlişindən sonra problemlərin həll ediləcəyi gözlənilsə də,nəticə dəyişmədi.Rayon sakinləri yayın istisində,qışın soyuğunda köhnə problemləri ilə üz-üzədirlər.
Məsələni diqqətdə saxlayacağıq.
Miri Məcidli
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.