“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - Foto
09 İyul 2025, 14:10
Qaynar xətt:
(+99450) 247 90 86İqtisad Universitetində diplom qalmaqalı — Nazirliklə UNEC nəyi araşdıra bilmir?
ŞİKAYƏTLƏR
2489
12.03.2025, 14:13
Universiteti bitirsə də,diplomunu ala bilmir.
Bu şikayətlə Oxu24.com saytına müraciət edən şikayətçi Əliyev Ağa Çingiz oğlu özü məlumat verib.
Onun sözlərinə görə, 2023-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr pilləsini bitirsə də, bu günə qədər ona məlum olmayan səbəblərdən ali təhsil haqqında diplomunu ala bilmir.
“Mən Universitetə Dərbənd filialından köçürmə yolu ilə gəlmişəm.Bütün imtahanları,hətta Dövlət İmtahanını da vermişəm.Heç bir problemim olmadığı halda diplomu ala bilmirəm”,-deyə keçmiş tələbə bildirib.
Sayt məsələ ilə bağlı Universitetlə əlaqə saxlayıb. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib.
“Həmin məzun Dərbənd filialından UNEC-ə köçürülüb. Dərbənd filialının məzunlarına, eləcə də filialdan UNEC-ə köçürülən məzunlara diplom blanklarının verilməsi barədə ETN-ə müraciət olunub. Hazırda nazirlikdə bununla bağlı işlər görülür, müvafiq araşdırmalar aparılır. Proses tamamlandıqdan sonra məzunlar diplomlarını ala biləcəklər”,- deyə açıqlamada qeyd olunur.
Sayt məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlayıb. Nazirlikdən şifahi olaraq bu məsələyə münasibət bildirmək istəmədiklərini bildirdilər.
Həmçinin oxuyun
Oxu24.com məsələ ilə bağlı vəkilə də müraciət edib.
Vəkil Sadiq Əfəndiyev bildirib ki, keçmiş tələbə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
“Bizə məlum olan ilkin məlumalara əsaslanaraq deyə bilərik ki, tələbənin diplom ala bilməməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ var.Ancaq,bu mərhələyə qədər keçmiş tələbənin atacağı bir sıra hüquqi addımlar olmalıdır. İlk olaraq tələbə rəsmi ərizə ilə Universitetin rəhbərliyinə müraciət etməlidir.Həmin ərizəyə verilən cavab onu qane etmədiyi halda şəxs məhkəməyə müraciət edə bilər.İlkin sənədələrə baxdıqda məlum olur ki, tələbə 2023-cü ildə tam qanuni əsaslarla Universiteti bitirib. Bütün bunları təsdiq edən rəsmi sənədlər mövcuddur. Belə olan halda bu, müddət ərzində tələbəyə diplom verilməməsi ciddi qanun pozuntusu sayıla bilər. Əgər,qarşı tərəf daxili araşdırma aparırsa,bu müəyyən müddətə qədər olmalıdır.Yəni,daxili araşdırma qeyri-müəyyən müddətə qədər aparıla bilməz”,- deyə vəkil bildirib.
Sayt məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
22:51 / 11 İyul 2025
Sürücülük vəsiqələri ilə bağlı VACİB XƏBƏR
10
22:49 / 11 İyul 2025
Otağa niyə girdiyinizi unudursunuzsa... - Elmi səbəbi açıqlandı
10
22:35 / 11 İyul 2025
Bu ərazidə qaz olmayacaq
38
22:23 / 11 İyul 2025
SON DƏQİQƏ! Ukrayna Moskvada mühüm mərkəzi vurdu
371
22:22 / 11 İyul 2025
Əmək Məcəlləsinə maaşla bağlı dəyişiklik edildi - 6 ay müddətində...
17
21:57 / 11 İyul 2025
Fransa İlon Maskın sosial şəbəkəsini araşdırır
24
21:46 / 11 İyul 2025
Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı
1220
21:43 / 11 İyul 2025
Rusiyada miqrant "ovu" davam edir
33
21:38 / 11 İyul 2025
Slovakiya Aİ-nin Rusiyaya qarşı sanksiyalarını yenidən bloklayır
29
21:33 / 11 İyul 2025
ABŞ Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
26
21:27 / 11 İyul 2025
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü - FOTO
97
20:55 / 11 İyul 2025
Merz Rusiyadan Ukraynaya 500 milyard avro köçürməsini tələb edir
79
20:53 / 11 İyul 2025
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
253
20:35 / 11 İyul 2025
"Zara"nın qurucusu Parisdə 5 ulduzlu hotel aldı - FOTO
134
20:17 / 11 İyul 2025
Aİ Azərbaycan və Ermənistan arasında sülh prosesini diqqətlə izləyir
91
19:27 / 11 İyul 2025
Prezident Ərdoğan Somali prezidenti Məhəmmədlə görüşüb
57
19:15 / 11 İyul 2025
Moskva bazarında azərbaycanlılar saxlanılıb - VİDEO
302
19:14 / 11 İyul 2025
Tramp yenə nəsə vəd etdi
56
19:07 / 11 İyul 2025
Lavrov bu ölkəyə uçdu
61
19:02 / 11 İyul 2025
Volkswagen Çindəki zavodunu bağlayacaq
50
19:00 / 11 İyul 2025
İsrail batalyonlarını İordan çayının qərb sahilinə köçürür
100
18:46 / 11 İyul 2025
Azərbaycan sərhədindən MÜHÜM xəbər yayıldı: Kremlin planı üzə ÇIXDI
801
18:40 / 11 İyul 2025
İran ABŞ bazasına zərbə endirib: CENTCOM rabitə mərkəzi zədələnib
71
18:21 / 11 İyul 2025
Tehran Berlinə qarşı iddialar irəli sürür
61
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.