Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1032
16.01.2020, 16:53
Mərkəzi Seçki Komissiyası 23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını elan edib.
Oxu24.com -un məlumatına görə, Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən, MSK seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bələdiyyə seçkilərinin yekunları, bələdiyyələr üzrə seçilmiş namizədlərin siyahısı "Azərbaycan" qəzetinə əlavədə dərc olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, yanvarın 11-də MSK 2019-cu il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 976 858 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.69% faiz olub (səsvermə hüququna malik 4 976 858 seçicidən 1 626 910 nəfəri səs verib. MSK-nın təsdiqlədiyi protokola əsasən, 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilib (65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsində Varxan bələdiyyəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində Ağdaş bələdiyyəsi, 80 saylı İmişli-Beyləqan seçki dairəsində Boşçağlar bələdiyyəsi, 81 saylı Beyləqan seçki dairəsində Təzəkənd, Milabad bələdiyyələri, 82 saylı Ağcabədi seçki dairəsində Şənlik bələdiyyəsi, 86 saylı İsmayıllı seçki dairəsində Tağlabian bələdiyyəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Əmirli, 89 saylı Göyçay-Ağdaş seçki dairəsində Xosrov bələdiyyəsi), 39 seçki məntəqəsi üzrə seçkinin nəticələri etibarsız sayılıb. Yol verdiyi nöqsanlara görə 12 məntəqə seçki komissiyası buraxılıb. Bunlar 22 saylı Nəsimi II seçki dairəsi üzrə 5,6, 7 saylı, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə 9 saylı, 24 saylı Nizami I seçki dairəsi üzrə 3,4 saylı, 61 saylı Neftçala seçki dairəsi üzrə 14 saylı, 69 saylı Cəlilabad-Masallı seçki dairəsi üzrə 8, 10 saylı, 84 saylı Füzuli seçki dairəsi üzrə 4 saylı, 111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə 3 saylı, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə 13 saylı məntəqə seçki komissiyalarıdır.
14:59 / 01 Fevral 2026
23
13:45 / 01 Fevral 2026
47
13:27 / 01 Fevral 2026
36
13:20 / 01 Fevral 2026
56
13:13 / 01 Fevral 2026
53
13:00 / 01 Fevral 2026
79
12:54 / 01 Fevral 2026
241
12:28 / 01 Fevral 2026
599
12:04 / 01 Fevral 2026
54
11:59 / 01 Fevral 2026
520
11:44 / 01 Fevral 2026
77
11:15 / 01 Fevral 2026
414
11:07 / 01 Fevral 2026
118
10:44 / 01 Fevral 2026
513
10:38 / 01 Fevral 2026
132
10:33 / 01 Fevral 2026
115
10:10 / 01 Fevral 2026
188
10:06 / 01 Fevral 2026
110
10:04 / 01 Fevral 2026
87
10:03 / 01 Fevral 2026
94
23:57 / 31 Yanvar 2026
436
23:47 / 31 Yanvar 2026
296
23:25 / 31 Yanvar 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.