Pul axını başladı - Bu bürclər zənginləşə bilər
08 May 2026, 17:45
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
714
04.03.2026, 11:16
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) ayaqyoluya getmək qadağan edilən Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin daha bir qadın əməkdaşı işdən azad olunub.
Bu barədə Oxu.Az-a işdən çıxarılan Samirə Əziz qızı Nuriyeva məlumat verib.
O bildirib ki, idarə rəisindən etdiyi şikayətə görə, 25 il tutduğu vəzifəsindən azad olunub:
"Dünən saat 15:00-da yaradılmış yeni "WhatsApp" qrupunda əməkdaşlara Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqşünası Elçin Piriyevin qəbuluna getmək barədə məlumat verilib. Biz ora getdik, lakin saat 16:30-a qədər gözləsək də, heç kim bizi qəbul etmədi. Sonra Elçin Piriyev dedi ki, cümə axşamı işdə olmamağımızla bağlı izahat yazmalıyıq və həmin günün əməkhaqqısı tutulacaq. Qadınlardan yalnız biri izahat yazdı.
Daha sonra kadrlar üzrə məsul şəxs Bəhruz Rüstəmovdan öz hesabıma məzuniyyət götürmək üçün ərizə blankı istədim ki, doldurub verim. Bəhruz Rüstəmov mənə dedi ki, sənin əmək müqavilənə artıq xitam verilib. Hansı maddə ilə işdən çıxarıldığımı soruşanda bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə. Əmrə və əmək kitabçasına baxanda isə gördüm ki, bu qərar həmkarlar ittifaqının protokoluna əsasən verilib".
O iddia edir ki, işdən çıxarılması üçün göstərilən səbəblər həqiqəti əks etdirmir:
"Mən fevralın 9-dan kanalların başında olmuşam. İndi isə guya əmək intizamını pozduğum, səs-küy saldığım barədə yalan məlumatlar yazırlar. Halbuki mən, sadəcə, öz haqqımı tələb etmişəm".
Qeyd edək ki, son günlər Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində qadın əməkdaşların kanallara nəzarətlə bağlı iş şəraiti və onların işdən çıxarılması ilə bağlı iddialar geniş müzakirə olunur. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.
16:03 / 11 May 2026
1
15:49 / 11 May 2026
25
15:38 / 11 May 2026
139
15:30 / 11 May 2026
10908
15:22 / 11 May 2026
43
15:20 / 11 May 2026
38
14:59 / 11 May 2026
51
14:52 / 11 May 2026
67
14:47 / 11 May 2026
276
14:45 / 11 May 2026
207
14:43 / 11 May 2026
93
14:23 / 11 May 2026
1208
14:11 / 11 May 2026
225
14:08 / 11 May 2026
85
13:42 / 11 May 2026
81
13:30 / 11 May 2026
100
13:25 / 11 May 2026
200
13:14 / 11 May 2026
65
12:50 / 11 May 2026
570
12:46 / 11 May 2026
67
12:37 / 11 May 2026
65
12:36 / 11 May 2026
69
12:18 / 11 May 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.