Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
408
28.07.2024, 21:09
“Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə, bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək”.
Bu barədə Oxu24.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır:
“Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”.
Nazirlik sözçüsü bildirib ki, hava ilə bağlı verilən xəbərdarlıqlara biganə münasibət göstərilməməli, əksinə, bu, həmin gün üçün fəaliyyətimizin əsas faktoru olmalıdır:
“Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür və bu mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur. Odur ki, mütəmadi olaraq yenilənən hava məlumatlarının ciddi şəkildə izlənilməsini tövsiyə edirik”.
İ. İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar sinoptiklər tərəfindən ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.
18:44 / 24 Noyabr 2026
25
18:41 / 24 Noyabr 2026
30
18:37 / 24 Noyabr 2026
41
18:32 / 24 Noyabr 2026
54
18:24 / 24 Noyabr 2026
55
18:19 / 24 Noyabr 2026
59
18:13 / 24 Noyabr 2026
91
18:08 / 24 Noyabr 2026
117
18:04 / 24 Noyabr 2026
80
17:58 / 24 Noyabr 2026
91
17:55 / 24 Noyabr 2026
704
17:48 / 24 Noyabr 2026
102
17:48 / 24 Noyabr 2026
88
17:41 / 24 Noyabr 2026
97
17:32 / 24 Noyabr 2026
92
17:30 / 24 Noyabr 2026
126
17:22 / 24 Noyabr 2026
112
17:07 / 24 Noyabr 2026
163
17:05 / 24 Noyabr 2026
96
17:05 / 24 Noyabr 2026
95
16:58 / 24 Noyabr 2026
112
16:50 / 24 Noyabr 2026
112
16:40 / 24 Noyabr 2026
155
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.