Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər 

CƏMİYYƏT

41

24.11.2026, 15:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mərkəzi Bank sektorla birlikdə süni intellektin idarə olunmasının metodoloji rəhbərliyini hazırlayır".

Oxu24.com  xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının Məlumat elmi şöbəsinin müdiri Ramin Dərvişov X Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, Mərkəzi Bank süni intellekt həlləri həyata keçirir:

"Burada əsas yanaşma ilkin başlanğıcda tövsiyə xarakterlidir. Amma bu, gələcəkdəki qaydalara keçid xarakteri daşıyır. Bu baxımdan, tövsiyələrin baxılıb kənara qoyulmaması məsləhət görülür. Çünki bu, nəzarətedici qurumun tövsiyəsidir və onların indidən tətbiqi gələcəkdə müsbət nəticələrə gətirib çıxara bilər".

Qurum rəsmisi bildirib ki, metodoloji rəhbərlikdə yanaşma risk səviyyəlidir:

"Yəni sənəddə onu tətbiq edən maliyyə sektoru iştirakçısının səviyyə və böyüklüyündən asılı olmayaraq, tətbiq etdiyi istifadə halının hansı risk səviyyəsinə uyğun olmasına əsasən tövsiyələr və əməl etməli olduğu qaydalar əksini tapacaq".