Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər
24 Noyabr 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
39
24.11.2026, 16:07
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində yüngül konstruksiyalı tikililərdən uzaq durmağı tövsiyə edib.
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 25-də ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır:
"Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar".
Müraciətdə qeyd olunub ki, intensiv yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından, habelə subasmadan qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır:
"Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil telefon, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
Həmçinin oxuyun
16:09 / 24 Noyabr 2026
7
16:02 / 24 Noyabr 2026
48
15:41 / 24 Noyabr 2026
65
15:40 / 24 Noyabr 2026
74
15:36 / 24 Noyabr 2026
401
15:34 / 24 Noyabr 2026
221
15:29 / 24 Noyabr 2026
63
15:17 / 24 Noyabr 2026
84
15:10 / 24 Noyabr 2026
99
15:03 / 24 Noyabr 2026
125
14:40 / 24 Noyabr 2026
75
14:20 / 24 Noyabr 2026
133
14:17 / 24 Noyabr 2026
144
14:05 / 24 Noyabr 2026
103
14:04 / 24 Noyabr 2026
138
13:40 / 24 Noyabr 2026
117
13:31 / 24 Noyabr 2026
876
13:23 / 24 Noyabr 2026
137
13:18 / 24 Noyabr 2026
121
13:11 / 24 Noyabr 2026
163
13:07 / 24 Noyabr 2026
146
13:04 / 24 Noyabr 2026
131
13:01 / 24 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.