Qaynar xətt:

(+99450) 247 90 86

Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı

Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı

CƏMİYYƏT

43

24.11.2026, 17:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə ay əvvəl iş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyeva artıq azadlıqdadır.

Oxu24.com  xəbər verir ki, Ali Məhkəmə onunla bağlı sonuncu qərarı ləğv etdiyi üçün Allahverdiyeva həbsdən azad edilib.

Ötən ayın axırında Ali Məhkəmə məhkum xanımın kassasiya şikayətini təmin edib. Yüksək instansiyanın hakimləri əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.

Nəticədə, Bakı Apellyasiya Məhkəməsinin qərarı tam ləğv edilib, iş yenidən baxılması üçün geri qaytarılıb. Həbslə bağlı qərar ləğv edildiyi üçün azyaşlı uşaq anası olan Gülşənin həbsdə qalmasına zərurət görülməyib. O, artıq azadlığa buraxılıb.

Yaxın günlərdə onun işi üzrə yeni apellyasiya baxışı başlayacaq.

Xatırladaq ki, iki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti əsasında  “Ailə TV”, “Caspian Telecom” MMC şirkətlərinin təsisçisi Fuad Allahverdiyev həbs olunmuşdu. F.Allahverdiyev evli olduqları dövrdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlər etməkdə ittiham edilirdi. Amma məhkəmə ona seksual xarakterli hərəkətlər ittihamı üzrə bəraət verib, əzab verməkdə isə təqsirli bilərək azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzasına məhkum edib.

Sonradan isə işin gedişi dəyişib. Bu dəfə Gülşən təqsirləndirilən, Fuad zərərçəkmiş kimi tanınıb.

O, keçmiş ərinə aid şəxsi xarakterli foto və videomaterialları qanunsuz yolla əldə etməkdə, bu materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay həbs cəzası verilib, lakin onun övladı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.

Amma Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, “Azərreyl” voleybol klubunun üzvü olmuş Gülşən məhkəmə zalında həbs edilib. (Qafqazinfo.az)