Qəzada həlak olan Anarın yaxınlarından AÇIQLAMA:Ada Süleyman ilə münasibətləri ...
24 Noyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
50
24.11.2026, 17:48
Torpaq sahəsinin planı və ölçüsü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, qanun layihəsi “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.
“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilib. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılıb.
Nəticədə vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr əvəzinə yalnız texniki xarakterli plan-ölçü sənədi verilib.
Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmayıb. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006–2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək olan dövrdə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.
17:58 / 24 Noyabr 2026
16
17:55 / 24 Noyabr 2026
57
17:48 / 24 Noyabr 2026
53
17:41 / 24 Noyabr 2026
57
17:32 / 24 Noyabr 2026
71
17:30 / 24 Noyabr 2026
102
17:22 / 24 Noyabr 2026
96
17:07 / 24 Noyabr 2026
119
17:05 / 24 Noyabr 2026
85
17:05 / 24 Noyabr 2026
86
16:58 / 24 Noyabr 2026
96
16:50 / 24 Noyabr 2026
94
16:40 / 24 Noyabr 2026
146
16:36 / 24 Noyabr 2026
113
16:25 / 24 Noyabr 2026
114
16:21 / 24 Noyabr 2026
107
16:09 / 24 Noyabr 2026
115
16:07 / 24 Noyabr 2026
105
16:02 / 24 Noyabr 2026
135
15:41 / 24 Noyabr 2026
121
15:40 / 24 Noyabr 2026
151
15:36 / 24 Noyabr 2026
1057
15:34 / 24 Noyabr 2026
460
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.