Azərbaycanda yeni sənəd hazırlanır - Gələcəkdə məcburi ola bilər
24 Noyabr 2026, 15:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
40
24.11.2026, 15:29
İslamın 2035-ci ilədək dünyanın ən böyük dini olacağına dair proqnozlar beynəlxalq müzakirələrdə tez-tez gündəmə gəlir. Bu artım dinamikasında doğum göstəriciləri və demoqrafik amillərlə yanaşı, insanların mənəvi axtarışlarının da rolu diqqət mərkəzindədir. Müsəlman cəmiyyətlərində təbii artımla bağlı yanaşmalar müxtəlif tarixi və sosial şəraitlərdə fərqli şəkildə özünü göstərir. Eyni zamanda, sürətlə dəyişən dünyada fərdlərin əxlaqi və mənəvi dəyərlərə marağı da müşahidə olunur. Müxtəlif coğrafiyalarda dini dəyərlərin dərk edilməsi və cəmiyyətlərlə təması yeni müşahidələr yaradır. Məsələnin həm demoqrafik, həm də mənəvi tərəfləri geniş şəkildə şərh olunur.
Mövzu ilə bağlı fikirlərini Oxu24.com-a bölüşən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, bu fikir araşdırmalara və müəyyən təsbitlərə əsaslanır və nəticənin tez ya da gec baş verməsindən asılı olmayaraq, əsas məsələ yer üzündə müsəlmanların sayının artmasıdır. O, müsəlman cəmiyyətində gənc nəslin doğum qabiliyyətinə diqqət yetirildiyini, çətinliklərə, qırğınlara, qətliamlara və deportasiyalara baxmayaraq təbii artımın davam etdiyini qeyd edib. İlahiyyatçı bu kontekstdə Peyğəmbərin (s) ailə qurmağa və çoxalmağa səsləyən, qiyamət günü ümmətin çoxluğu ilə fəxr edəcəyini bildirən hədisini xatırladaraq, müsəlman dünyasında övlad sayına verilən önəmdən danışıb.
Bununla belə, Ağa Hacıbəylinin sözlərinə görə, məsələdə təbii artımdan daha çox İslamın öz mənəvi gücü rol oynayır:
“İslam tarix boyu yayıldığı coğrafiyalarda insanlara xoşbəxtlik və səadət gətirməyə çalışıb, qloballaşan dünyada isə insanlar müxtəlif mənəvi və əxlaqi təkliflər arasında seçim edirlər. Ziyalılar, alimlər və ariflər İslamın təqdim etdiyi ailə modeli, əxlaqi dəyərlər, əqidə və təkallahlıq məsələlərindəki arqumentləri dəyərləndirir, Quran-i Kərimdən yaradılışla bağlı biliklər əldə edərək Peyğəmbərin (s) həyatında və idarəçiliyində əxlaq və müdriklik nümunələri görürlər”.
İlahiyyatçı əlavə edib ki, müxtəlif alim və şairlərin əsərləri, o cümlədən Mövlanə Cəlaləddin Ruminin yaradıcılığı dünyada geniş təbliğ olunur və tanınır, bu da insanların dini dəyərləri kitablardan öyrənməsinə və islamlaşmanın artmasına təkan verir. O, Yaponiya və Avropa ilə bağlı müşahidələrinə toxunaraq, bəzi hallarda rəqəmlərin geniş yayılmadığını desə də, İslamın fitrət və sülh dini kimi insanlığın ehtiyac duyduğu dəyərləri, o cümlədən bəşəriyyətin birliyini və qarşılıqlı münasibətləri önə çəkdiyini qeyd edib. Ağa Hacıbəyli sonda bu ali dəyərləri qəbul edən insanların İslama yönəlməsinin təbii olduğunu bildirib.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
15:41 / 24 Noyabr 2026
1
15:36 / 24 Noyabr 2026
27
15:34 / 24 Noyabr 2026
54
15:17 / 24 Noyabr 2026
51
15:10 / 24 Noyabr 2026
74
15:03 / 24 Noyabr 2026
96
14:40 / 24 Noyabr 2026
59
14:20 / 24 Noyabr 2026
109
14:17 / 24 Noyabr 2026
120
14:05 / 24 Noyabr 2026
95
14:04 / 24 Noyabr 2026
122
13:40 / 24 Noyabr 2026
114
13:31 / 24 Noyabr 2026
795
13:23 / 24 Noyabr 2026
125
13:18 / 24 Noyabr 2026
109
13:11 / 24 Noyabr 2026
149
13:07 / 24 Noyabr 2026
128
13:04 / 24 Noyabr 2026
121
13:01 / 24 Noyabr 2026
114
12:56 / 24 Noyabr 2026
140
12:50 / 24 Noyabr 2026
137
12:48 / 24 Noyabr 2026
129
12:46 / 24 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.