Cəbrayılda Azərbaycan-Türkiyə Meşəçilik Təhsil Mərkəzi açılıb
10 Noyabr 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
654
29.05.2026, 13:05
“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.
Bu barədə Oxu24.com-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, “Dəmirli” Filiz Emalı Kompleks ərazisində arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib: "Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb".
AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən növbəti arxeoloi monitorinq Ağdam rayonu ərazisində aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayonun Göytəpə kəndi ərazisində “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda 2 arxeoloji abidə qeydə alınıb: "Monitorinq zamanı Göytəpə kəndi yaxınlığında, Eyvazxanbəyli kənd qəbiristanlığı ərazisində türbə qeydə alınmışdı. Türbə hicri təqvimi ilə 1343, miladi təqvimi ilə 1924-cü ilə aiddir. Türbənin üzərindəki daş kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn edilib. Nəzərə alsaq ki, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulubdur, çox güman ki, o, Eyvazxanbəyli nəslinin sonuncu bəylərindən biridir. Türbə altıguşəli planda inşa edilib. Altıguşəli türbə memarlığı, əsasən qülləvari türbə tipinə aid olan və Azərbaycanın orta əsr memarlığında rast gəlinən nadir həndəsi formalardan biridir. Bu üslubda olan türbələr altıbucaqlı (heksaqonal) plana malikdir və adətən üstü günbəzlə tamamlanır".
10:33 / 11 Noyabr 2026
13
10:19 / 11 Noyabr 2026
47
10:13 / 11 Noyabr 2026
46
10:10 / 11 Noyabr 2026
62
10:10 / 11 Noyabr 2026
141
10:09 / 11 Noyabr 2026
85
09:56 / 11 Noyabr 2026
62
09:37 / 11 Noyabr 2026
670
09:35 / 11 Noyabr 2026
94
09:29 / 11 Noyabr 2026
81
09:25 / 11 Noyabr 2026
86
09:24 / 11 Noyabr 2026
75
09:22 / 11 Noyabr 2026
107
09:20 / 11 Noyabr 2026
81
08:58 / 11 Noyabr 2026
136
08:53 / 11 Noyabr 2026
437
01:50 / 11 Noyabr 2026
379
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
23:59 / 10 Noyabr 2026
245
23:57 / 10 Noyabr 2026
300
23:55 / 10 Noyabr 2026
886
23:53 / 10 Noyabr 2026
310
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.