Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçirildi
16 Mart 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
720
02.02.2026, 10:56
Kəlbəcər rayonu ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti güclü külək, şaxta və çovğunlu tufan səbəbindən Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.
Oxu24.com xəbər verir ki, bu barədə Kəlbəcər Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuranə Babayeva bildirib.
O qeyd edib ki, 01 yanvar tarixində hava şəraitinin kəskin pisləşməsi, güclü küləyin və şaxtanın təsiri nəticəsində İstisu elektrik xəttində qəza baş verib, bu hal enerji təminatında qısamüddətli fasiləyə səbəb olub:
“Qəzanın aradan qaldırılması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları dərhal əraziyə səfərbər olunmuşdur. Gecə saatlarında hava şəraitinin son dərəcə əlverişsiz olmasına baxmayaraq, operativ tədbirlər görülmüş, həyata keçirilən işlər nəticəsində səhər saat 07:00-dək nasazlıq tam aradan qaldırılmış və Kəlbəcər şəhərinə elektrik enerjisinin verilməsi bərpa edilmişdir.
Həmçinin oxuyun
Elektrik enerjisinin təminatında yaranmış qısa fasilə ilə əlaqədar olaraq ərazidə yaşayan əhalinin digər kommunal xidmətlərində hər hansı ciddi problem qeydə alınmamışdır. Əhali ilə mütəmadi olaraq əlaqə saxlanılmış, hava şəraiti və su təchizatı ilə bağlı zəruri təlimatlar operativ şəkildə çatdırılmışdır.
Yalnız üç mənzilin istilik sistemini təmin edən kombi aparatlarının çöl borularında donma halı müşahidə olunmuşdur. Operativ müdaxilə nəticəsində həmin borularda donma halı heç bir texniki zədələnmə baş vermədən aradan qaldırılmışdır.
Qeyd edirik ki, baş vermiş hadisə nəticəsində ərazidə hər hansı ciddi fəsad yaranmamışdır. Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən rayon sakinləri elektrik, su, istilik və digər kommunal xidmətlərdən təhlükəsiz və düzgün istifadə qaydaları barədə mütəmadi olaraq məlumatlandırılır və zəruri təlimatlar verilir”.(modern.az)
00:29 / 18 Mart 2026
48
00:08 / 18 Mart 2026
87
23:57 / 17 Mart 2026
55
23:39 / 17 Mart 2026
191
23:25 / 17 Mart 2026
118
23:11 / 17 Mart 2026
199
22:53 / 17 Mart 2026
156
22:46 / 17 Mart 2026
253
22:40 / 17 Mart 2026
67
22:16 / 17 Mart 2026
101
22:13 / 17 Mart 2026
704
22:08 / 17 Mart 2026
70
21:59 / 17 Mart 2026
341
21:57 / 17 Mart 2026
188
21:47 / 17 Mart 2026
56
21:43 / 17 Mart 2026
214
21:41 / 17 Mart 2026
53
21:37 / 17 Mart 2026
63
21:31 / 17 Mart 2026
643
21:30 / 17 Mart 2026
199
21:09 / 17 Mart 2026
4547
21:09 / 17 Mart 2026
249
20:59 / 17 Mart 2026
651
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.