Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
831
09.01.2020, 12:58
ABŞ və İran arasındakı gərginliyin qarşılıqlı hücumlara çevrilməsinə Kərkükdəki hücumda bir amerikalı hərbi qulluqçunun həlak olması səbəb olub.
Teleqraf.com xəbər verir ki, dekabrın 27-də ABŞ-ın Kərkükdəki hərbi bazasına edilən hücum nəticəsində bir nəfər həlak olub, 6 nəfər yaralanıb.
Həmin şəxsin ölümü ABŞ və İran arasındakı son gərginliyin başlanğıcı hesab olunur. Təsadüfi deyil ki, hadisədən bir gün sonra Pentaqon “Həşdi Şabi” terror təşkilatına bağlı “Hizbullah Birqadası”nın İraqdakı 5 hərbi düşərgəsinə hücuma keçmək haqda qərar verdi. Hücum nəticəsində “Həşdi Şabi”nin 19 terrorçusu öldürüldü, 35 üzvü isə yaralandı.
ABŞ-ın bu həmləsinə etiraz edən “Həşdi Şabi” və təşkilat tərəfdarları yanvarın 1-də Amerikanın İraqdakı səfirliyi qarşısında kütləvi etiraz aksiyalarına başladı. Prezident Donald Tramp səfirliyin binasına silahlı hücumlarla müşayiət olunan aksiyalara görə İranı ittiham etdi.
Qarşılıqlı gərginliyin davam etdiyi vaxt Amerikanın nüfuzlu media qurumlarısəfirliyə hücumun İranın Qüds Briqadasının komandanı Qasım Süleymani tərəfindən həyata keçirilməsi haqda məlumatlar yaydı. Bundan sonra sui-qəsd planını işə salan ABŞ Qasım Süleymani də daxil olmaqla, “Həşdi Şabi” liderinin köməkçisi Əbu Mehdi Mühəndis və 8 nəfərin həyatına son qoydu.
Həmçinin oxuyun
Süleymaninin qətlindən sonra İraq parlamentinin ABŞ qüvvələrini ölkədən çıxarmasına yönəlik qərarına adekvat olaraq, İran Amerikanın İraqdakı iki bazasına hücuma keçdi və “qisas” bəyanatları səsləndirdi.
Şimali İraq Kürdv Muxtariyyətinin lideri Məsud Bərzaniyə yaxınlığı ilə tanınan “Rudaw” agentliyinin xəbərinə görə, bütün bu olayların başlanğıcı Kərkükdəki “K1” hərbi bazasına hücumda Növrəs Valid Həmid adlı 33 yaşlı amerikalı hərbçinin həyatını itirməsi olub.
Amerika mediası ABŞ ordusunda tərcüməçi kimi xidmət edən Həmidin İraq əsilli ABŞ vətəndaşı olduğunu yazıb. Onun 2011-ci ildə həyat yoldaşı Nur əl-Xali ilə ABŞ-a köçdüyü, 2017-ci ildə vətəndaşlıq aldığı bildirilib.
İki azyaşlı övladı olan Növrəs və Nur Sakramento şəhərində yaşayıb.
10:19 / 31 Yanvar 2026
1
09:37 / 31 Yanvar 2026
35
09:23 / 31 Yanvar 2026
118
09:19 / 31 Yanvar 2026
94
09:17 / 31 Yanvar 2026
100
09:07 / 31 Yanvar 2026
57
02:09 / 31 Yanvar 2026
208
01:11 / 31 Yanvar 2026
825
01:00 / 31 Yanvar 2026
197
00:45 / 31 Yanvar 2026
117
00:34 / 31 Yanvar 2026
252
00:31 / 31 Yanvar 2026
983
00:27 / 31 Yanvar 2026
112
00:22 / 31 Yanvar 2026
139
00:18 / 31 Yanvar 2026
250
00:11 / 31 Yanvar 2026
116
00:03 / 31 Yanvar 2026
195
23:56 / 30 Yanvar 2026
182
23:55 / 30 Yanvar 2026
385
23:49 / 30 Yanvar 2026
159
23:47 / 30 Yanvar 2026
180
23:46 / 30 Yanvar 2026
209
23:32 / 30 Yanvar 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.