Qaynar xətt:

(+99450) 247 90 86

Süleymaninin ölüm planı belə hazırlandı – Tam məxfi

2020/01/04/1578159807_qasim.jpg

ÖZƏL BÖLÜM

1077

04.01.2020, 21:40

Milad və Yeni il bayramları zamanı ABŞ Prezidenti Donald Trampın komandası general Qasım Süleymaninin raket zərbəsi ilə öldürülməsi üçün bir neçə dəfə müzakirə aparıb.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” öz mənbəsinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Tramp Süleymaninin öldürülməsi qərarını dekabrın 27-də ABŞ bazasına edilən hücumdan sonra verib. Bu hücumdan sonra ABŞ Prezidenti yüksək çinli köməkçilərinə generala qarşı aviazərbələrin endirilməsi planını işləməyi tapşırır. Plan olduqca gizli və dar çərçivədə hazırlanır. Həmin köməkçilər arasında Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen, Dövlət katibi Mayk Pompeo (Pompeo məhz buna görə MDB ölkələrinə səfərini təxirə salmışdı - red.) və vitse-prezident Mayk Pens də olub.