Aysun yeni dəbdəbəli evini NÜMAYİŞ ETDİRDİ – VİDEO
09 Mart 2026, 23:57
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1900
15.03.2026, 19:33
“Yoldaşımın səhhətində müəyyən irəliləyişlər var. Müalicələr təsir edib, az da olsa, yaxşılaşma müşahidə olunur”.
Oxu24.com xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent, aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.
Onun sözlərinə görə, aşığın keçirdiyi mikroinsultdan sonra yaddaşında tədricən problemlər yaranıb:
Həmçinin oxuyun
“Uzaq keçmişi və sənəti ilə bağlı incəlikləri yaxşı xatırlayır. Fikrini ifadə edir, ancaq dünən baş verənləri xatırlamır. Məsələn, soruşsan ki, ötən gün evə kim gəlmişdi, deyə bilməyəcək. Amma keçmişdə baş verənləri yadında saxlayır. Hətta televiziyada musiqi verilişində kimsə səhv oxusa və ya keçidlərdə səhv etsə, bunu dərhal tutur və mənə deyir ki, düzgün oxumadı. Hiss edirəm ki, hər şeyi anlayır və seçə bilir. Öz sənəti üzrə hələ də çox mükəmməldir”.
Aybəniz Salmanova bildirib ki, aşıq 2011-ci ildə mikroinsult keçirəndə həkimlər xəstəliyin illər keçdikcə irəliləyə biləcəyini demişdilər:
“2011-ci ildə mikroinsult keçirəndə həkimlər müayinə zamanı bildirdilər ki, zaman keçdikcə xəstəlik irəliləyə və müəyyən çətinliklər yarana bilər. Ondan sonra 10 il ərzində ciddi dəyişiklik hiss etmədik. Ayaqda idi və sənətini davam etdirirdi. Pandemiyadan sonra isə vəziyyəti sürətlə zəiflədi və xəstəliyi gücləndi. Səhhəti hər dəfə bir qədər geriləyirdi. Xəstəlik illər keçdikcə onun nitqinə də təsir göstərdi. Əvvəllər yaddaşına da çox pis təsir etmişdi, amma indi vəziyyəti xeyli yaxşılaşıb”.
11:39 / 17 Mart 2026
3
11:31 / 17 Mart 2026
20
11:28 / 17 Mart 2026
26
11:23 / 17 Mart 2026
37
11:05 / 17 Mart 2026
204
11:04 / 17 Mart 2026
28
10:55 / 17 Mart 2026
145
10:52 / 17 Mart 2026
33
10:44 / 17 Mart 2026
41
10:41 / 17 Mart 2026
228
10:37 / 17 Mart 2026
39
10:34 / 17 Mart 2026
251
10:32 / 17 Mart 2026
30
10:25 / 17 Mart 2026
281
10:23 / 17 Mart 2026
69
10:21 / 17 Mart 2026
121
10:02 / 17 Mart 2026
31
09:28 / 17 Mart 2026
145
09:26 / 17 Mart 2026
53
00:58 / 17 Mart 2026
270
00:42 / 17 Mart 2026
340
00:19 / 17 Mart 2026
482
23:59 / 16 Mart 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.