Baba Vəziroğlu ilə poetik SÖHBƏT
22 Aprel 2026, 15:49
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2003
11.03.2026, 15:48
İran-ABŞ-İsrail gərginliyi yeni mərhələyə keçib. ABŞ-ın nüvə proqramı və regional siyasətə dair tətbiq etdiyi sanksiyalar, eləcə də İranın strateji addımları dünya mediasının diqqət mərkəzindədir. Bu gərginlik yalnız diplomatik deyil, həm də daxili siyasi dinamikaya təsir edir. Gündəmdə olan və müzakirə edilən məsələlərdən biri İranda hakimiyyət dəyişikliyinin olub-olmayacağı ilə bağlıdır. Məlumdur ki, İranda hakimiyyət əsasən iki əsas mərkəz arasında bölünüb: dini rəhbərlik və seçilmiş hökumət.
Ölkədəki gərginlik, xüsusilə iqtisadi çətinliklər və beynəlxalq təcrid, gənc nəsil və şəhər əhalisi arasında narazılığı artırır. Bəzi ekspertlərin fikrincə, bu durum seçilmiş hökumət və dini rəhbərlik arasında daha açıq ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Tarixi təcrübə göstərir ki, İranın daxili hakimiyyətində dəyişikliklər çox vaxt gözlənilməz hadisələr və kütləvi etirazlarla müşahidə olunub.
Mövzunu Oxu24.com-a dəyərləndirən politoloq Asif Nərimanlı bildirib ki, hazırda İranda hakimiyyət dəyişikliyinin olacağını proqnozlaşdırmaq çətindir. Çünki hadisənin gedişatından çox şey asılı olacaq.
Politoloqun sözlərinə görə, əslində müharibənin başlamasından sonra belə görünür ki, Amerikanın cari dövr üçün iki əsas ssenarisi var:
“Birincisi, İranın bütövlükdə hava məkanını nəzarətə götürmək və mövcud rejimin özünü hakimiyyətə təslim olmağa məcbur etməkdir. İkincisi isə, dini lider Əli Xamneinin öldürlüməsi ilə İran rejiminin təslim olacağını düşünürdülər. Təbii ki, İran rejimi qarşısında irəli sürülən tələblər arasında hakimiyyətin loyallaşdırılması, müəyyən qədər ötürülüməsi məsələsi də var idi. Yəni, rejim dəyişikliyinin bu formada həyata keçirilməsi düşünülürdü. Amma İranın cavab reaksiyası tamamilə əks effekt verdi, İran daha total müharibə taktikasına əl atdı. Bu konteksdə baxdıqda artıq tərəflərin hər hansı danışıqlara gələcəyi və məsələri həll edəcəyi çətinləşib. Xüsusilə, yeni dini liderin seçilməsi də bu məsələləri çətinləşdirdi”.
Həmçinin oxuyun
A.Nərimanlı qeyd edib ki, Əli Xamneinin oğlunun yeni dini lider seçilməsi İranda sərt siyasətin davam edəcəyini göstərir:
“O, atasını öldürənlərlə bir masaya oturmayacaq, o cümlədən yeni danışıqlar masası olacaqsa, İranın öz şərtləri olacaq, yəni təslim olmağı qəbul etməyəcəklər. Ümumiyyətlə, müharibənin və sərt siyasətin davam etdirilməsi yeni dini liderin seçilməsindən sonra daha da aktuallaşıb. Bu baxımdan yanaşdıqda İranda rejimin dəyişib-dəyişməyəcəyini müharibənin gedişatı müəyyənləşdirəcək. Bu məsələdə bir qədər müəmmalı məqamlar var. Çünki hava hücumları ilə bütövlükdə İranın infrasturukturunu - hərbi qüvvələri, nəqliyyatı, enerji bazaların sıradan çıxarmaq olar. Hava zərbələri ilə İranı tamamilə çökdürə bilərlər. Amma nəticə etibarı ilə quruda döyüş olmadığı müddətdə düşünümürəm ki, İranın mövcud rejimi təslim olsun”.
Politoloqun fikrincə, hakimiyyətin dəyişməsi üçün mütləq şəkildə İranın daxilində müəyyən proseslərin başlanması labüddür:
“Bu proses də bir neçə istiqamətdə ola bilər: Birincisi, quru əməliyyatın başlanmasıdır və Amerika bu prosesə təkbaşına qoşulmaq niyyətində deyil. İkincisi, xalq üsyanının və silahlı üsyanın başlanması məsələsidir. Bu da əvvəllər gündəmə olan və istisna edilməyən məsələ idi. Hazırda bu məsələ gündəmdə olmasa da düşünürəm ki, həmin variant əsas seçimlərdən biri kimi qalır. Yəni İranda küçə etirazları ilə hakimiyyəti dəyişmək mümkün deyil, bu, yalnız silahlı üsyanla mümkün ola bilər. Xüsusilə, kürdlərin adı çəkilirdi, sonra isə təkzib olundu. Lakin silahlı üsyan etnik qarşıdurmaya gətirib çıxaracaq, bu, qaçılmazdır. Bütün bunlar da İranın parçalanması, Suriya ssenarisinin İranda təkrarlanması deməkdir. Bu ssenrailərə baxdıqda İranda müharibənin gedişatını tam proqnozlaşdırmaq çətindir. Lakin hazırda belə görünür ki, Amerika İran üzərində havadan nəzarəti tam götürsə belə, hakimiyyəti dəyişmək imkanları məhduddur”.
Yeganə
01:11 / 24 Aprel 2026
200
00:48 / 24 Aprel 2026
170
00:13 / 24 Aprel 2026
167
23:43 / 23 Aprel 2026
163
23:30 / 23 Aprel 2026
132
23:16 / 23 Aprel 2026
193
22:57 / 23 Aprel 2026
201
22:45 / 23 Aprel 2026
201
22:34 / 23 Aprel 2026
84
22:14 / 23 Aprel 2026
880
22:09 / 23 Aprel 2026
107
22:03 / 23 Aprel 2026
73
21:58 / 23 Aprel 2026
68
21:55 / 23 Aprel 2026
63
21:53 / 23 Aprel 2026
153
21:51 / 23 Aprel 2026
339
21:45 / 23 Aprel 2026
116
21:39 / 23 Aprel 2026
235
21:37 / 23 Aprel 2026
1231
21:27 / 23 Aprel 2026
224
21:16 / 23 Aprel 2026
261
21:00 / 23 Aprel 2026
275
20:34 / 23 Aprel 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.