Qaynar xətt:

(+99450) 247 90 86

Siyasi şərhçi: “Solovyovun Ermənistanı “işğal”la hədələməsində gizli məqsədləri...

Siyasi şərhçi: “Solovyovun Ermənistanı  “işğal”la hədələməsində gizli  məqsədləri...

MÜSAHİBƏ

1368

12.01.2026, 18:00

Hər zaman erməniləri “doğma qardaş” gözündə görən, onları Azərbaycana qarşı müdafiə edən  Kremlin təbliğatçı, teleaparıcı  Solovyov bu dəfə adətinin əksinə gedib. Beləki, o Ermənistan və və Orta Asiya ilə bağlı açıq hədələrə keçib və hətta ölkəyə qoşun yeridilməsi ehtimalını gündəmə gətirib. Bunun müqabilində  ermənilər də etiraz ediblər və hazırda 2013-cü ildə “iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə”Solovyova təqdim edimiş  “Şərəf” ordeni  geri tələb edirlər.

Siyasi şərhçi, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyin (DANİB) sədri Elməddin Behbud məsələ ilə bağlı Oxu24.com suallarını cavablandırıb:

- Elməddin bəy, maraqlıdır, hər zaman ermənilərə xüsusi diqqət və sevgisi ilə seçilən rusiyalı teleaparıcıya qəflətən nə oldu ki, qardaşlarına “silahlı hücum”a keçir?

- Kremlin ən çoxsimalı və idbar təbliğatçılarından olan Vladimir Solovyov vaxtaşırı olaraq müxtəlif postsovet ölkələrinin ərazi bütövlüyünü və suverenliyini mübahisələndirməyə çalışır. Solovyov Nikol Paşinyana xüsusi "məhəbbəti"ni isə heç zaman gizlətmir. 

- Yadımdadır, Paşinyanı istehza ilə “efendi” (yəni türk bəyi) adlandırmışdı.

-Bəli... Erməni Apostol Kilsəsini müdafiə edən və Paşinyan hökumətini hədələyən Solovyov cari ilin yayında keçiriləcək parlament seçkilərində Rusiyanın yeni siması olduğu iddia olunan milyarder Samvel Karapetyan haqqında da təriflər yağdırır. 

Ermənistan Baş nazirinə ünvanladığı təhqirlərlə kifayətlənməyən Kremlin təbliğat ruporu Nikol Paşinyanı “Turkol” adlandırır. Bu cəhətdən Solovyovun qarşıdakı həlledici seçkilər ərəfəsində rəsmi İrəvana təzyiqləri artırmaq üçün Rusiyanın Ermənistanı işğal etməli olduğu fikrini gündəmdə saxlamağa çalışması həyasızlıq olsa da təəccüblü deyil. 

- Xatırlayırsınızsa, dəfələrlə Azərbaycana hərbə-zorba gəlib . Hətta 2023-cü Ukraynaya hərbi yardım göndərən İtaliyanı hədələdi və pafosla bildirdi ki, rus ayısı xəbərdarlıq etmədən hücum edir və onu dayandırmaq çətindir. Əlbəttə, Solovyovun  təhdidləri ilk deyil və heç təəccüblü də deyil...

-Hesab edirəm ki, yazın sonlarından başlayaraq Ermənistanda növbəti parlament seçkisinin real qalibinin hansı siyasi qüvvə olacağı aydınlaşacaq. 

- Sizcə, hansı partiya qalib ola bilər?

-Böyük ehtimal Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası yenidən seçkidə qalib gələcək. Belə olacağı halda Rusiya artıq təhdidlərin işə yaramadığını və erməni xalqının instrument kimi istifadə olunmaqdan bezdiyini qəbul edib diskursunu "işğal", " xüsusi əməliyyat" və s. kimi ifadələrdən təmizləməyə məcbur olacaq. 

-Solovyov eyni zamanda Orta Asiyanı da hədələyib? Orada hədəf kimdir? 

-Rusiyanın Mərkəzi Asiyaya hərbi müdaxilə imkanı yüksək olsa da, hələ ki, buna real zəmin yoxdur. Çünki Mərkəzi Asiya dövlətləri Rusiya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda (KKTT, MDB, Avrasiya İttifaqı və s.) çox yaxından əməkdaşlıq edir və onun maraqlarını təmin edirlər. Burada əlbəttə ki, Kremlin əsas hədəfi Düma üzvləri və ictimai institut rəhbərləri vasitəsi ilə daim hədələlər ünvanladığı Qazaxıstandır. Ancaq Qazaxıstanın çevik və çoxvektorlu siyasəti bu planları neytrallaşdırmaq gücündədir.

 - Elməddin bəy, geniş izaha görə, sizə oxucularımız adından təşəkkür edirik.

Oxucularımıza onu da xatırladaq ki,  2 il əvvəl “Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” “RTR-PLANE” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” müəllif proqramlarının Ermənistan Respublikası ərazisində yayımını əngəlləyib. Bu da bir yandan  Solovyova acı verib.

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

138

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

205

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

124

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

113

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

147

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

132

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

157

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

138

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

126

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

224

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

120

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

133

0