"Məhəmməd Peyğəmbər bir dəfə belə, qadınlara əl qaldırmamışdır" - İlahiyyatçı ilə MÜSAHİBƏ
20 Fevral 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1203
05.01.2026, 18:52
Politoloq:"Nə Rusiya, nə Çin ABŞ-a qarşı əks hərəkətə cürət etməyəcək, çünki ..."
ABŞ-ın Venesuelanın paytaxtı Karakasa zərbələr endirdikdən, xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-yə aparmasından sonra dünyanın gözü -qulağı bu iki ölkədədir.
İndi vəziyyət necə olacaq? Tramp hədəfindəki Kuba, Meksika, Danimarka və Kolumbiyaya qarşı hərbi əməliyyatlar başladacaqmı? Daha sonra bəşəriyyət hansı sürprizlə üzləşəcək?
Oxu24.com -un suallarını politoloq Məhəmməd Əsədullazdə cavablandırır:
- Məhəmməd bəy,Siz bu hadisəni necə xarakterizə edirsiniz? ABŞ haqlıydımı?
- Dünyanın diqqətini, fikirlərini hazırda ən çox məşğul edən bu olaydır. Baxmayaraq ki, planetin bir çox ölkəsində yaşayan venesuelalılar Prezident Nikolas Maduro rejiminin süqutunu qeyd edirlər, amma bu bir ölkənin süverenliyinin pozulmasıdır. Bu bölgədə geopolitik oyunların getməsi heç kəsə gizli deyil. Amma nəzərə alsaq ki, Venesuelanın uzun illərdir Rusiya ilə silah ticarəti və siyasi əlaqələr, Çinlə isə daha geniş iqtisadi əməkdaşlıq mövcud idi. Və bu münasibətlər ABŞ prezidentini " Monro doktrinası"nı işə salmağa məcbur etdi. ( Monro doktrinası" -202 il əvvəl ABŞ prezidenti postunda oturan C.Monro eynilə Tramp kimi "Amerikalılar üçün Amerika" şüarı elan edib, ölkəsinin xarici siyasətinin prinsiplərini müəyyənləşdirib.) Venesuelada bu əməliyyatı keçirməklə o Venesuelanın idarəçiliyini öz əlinə keçirdi , regionun gücü olduğunu sübut etdi.
- Bildiyimiz kimi, Çin Tayvanı öz ərazisi hesab edir və üzərində nəzarət qurmaq üçün zorakılıqdan istifadəni istisna etməyib. Bu əməliyyatdan sonra Çin də buna bənzər bir qərar həyata keçirə bilərmi? Məsələn, yeni ilin yeni gününə olan məlumarlara görə, Çin keçirdiyi “Justice Mission 2025” adlı təlimlər zamanı onlarla raket Tayvana doğru atılıb, həmçinin adanın yaxınlığında çoxsaylı hərbi gəmilər və aviasiya qüvvələri yerləşdirilib.
Həmçinin oxuyun
- Düzdür, Çin Dövlət mediası ABŞ-nin Venesuelaya qanunsuz müdaxiləsindən sonra Tayvana qanuni müdaxilə imkanının yarandığını bildirərək, “Hər şey buna doğru gedir” deyib. Bir çox ölkələr həmçinin Çin də Donald Trampın əmri ilə atılan bu addımı kəskin pisləyib, Nikolas Maduro və həyat yoldaşının dərhal azadlığa buraxılması tələbini irəli sürüb. Amma Çinin Tayvanda ABŞ-ın Venesueladakı kimi hərbi əməliyyat aparacağına inanmıram. Bu əməliyyat, eyni zamanda ABŞ-ın beynəlxalq müstəvidə nüfuzunu da artırdı. Nə Çin, nə də Rusiya ABŞ-la qarşı-qarşıya gəlmək, düşmən münasibətdə olmağı istəməz.
- Bəs, Maduronun geri dönmək şansı varmı?
- Qətiyyən! Çünki, Trampın hədəfində hazırda Meksika, Kanada, Danimarka və Kolumbiya kimi "cəzalandırılacaq" ölkələr var. Onun hədəflərinə çatmadan heç kimi bağışlamayacağı məlumdur.
Məlumat üçün qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın hədəfdəki ölkələrə müdaxiləsi aktivdir. Hər an əməliyyat gerçəkləşə bilər. O, Venesuelaya qarşı həyata keçirilən əməliyyatın nəticələrinə dair mətbuat konfransına çıxış edərək, bu hücumun İkinci Dünya müharibəsindən bəri görülən ən miqyaslı zərbələrdən biri olub-deyərək qürrələnib.
Əntiqə Rəşid
02:09 / 21 Fevral 2026
1
00:33 / 21 Fevral 2026
50
23:55 / 20 Fevral 2026
46
23:53 / 20 Fevral 2026
53
23:49 / 20 Fevral 2026
123
23:30 / 20 Fevral 2026
48
23:28 / 20 Fevral 2026
57
23:22 / 20 Fevral 2026
49
23:20 / 20 Fevral 2026
49
23:17 / 20 Fevral 2026
48
23:12 / 20 Fevral 2026
49
23:12 / 20 Fevral 2026
76
22:58 / 20 Fevral 2026
118
22:54 / 20 Fevral 2026
3091
22:48 / 20 Fevral 2026
669
22:34 / 20 Fevral 2026
105
22:25 / 20 Fevral 2026
87
22:23 / 20 Fevral 2026
56
22:19 / 20 Fevral 2026
98
22:14 / 20 Fevral 2026
308
22:07 / 20 Fevral 2026
102
22:05 / 20 Fevral 2026
75
21:58 / 20 Fevral 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.