Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
1772
07.10.2024, 14:30
Xaricdə təhsil almağın üstünlüyü nədir?
- Müasir dövrdə xaricdə təhsil almaq üçün sizin ölkədən çıxmağınıza ehtiyac yoxdur. Məsələn, tələbə məndən hər hansı bir universitetdə təhsil almaq barədə maraqlanır. Sonra öyrənirəm ki, o, onlayn təhsili nəzərdə tutur. Mənə görə onlayn təhsillə ənənəvi təhsil eyni fazada tutulmamalıdır. Tutaq ki, seçdiyin universitetin təhsil səviyyəsi yüksək deyil və sən orada onlayn təhsil alırsan. Bu zaman noutbuku bağlayırsan və təhsilin bitir. Beləliklə, heç nə öyrənə bilmirsən. Amma həmin ölkədə olanda dərs bitdikdən sonra çölə çıxırsan və insanlarla ünsiyyətdə olaraq, sosial fəaliyyətlərə qatılaraq yeni nələrsə öyrənirsən. Ona görə də, mən düşünürəm ki, xaricdə təhsil bir növ insanın inkişafına təsir edir. Onlayn formada təhsil alırsansa, sən sadəcə olaraq nəzəri biliklərə yiyələnə bilərsən. Amma praktiki təcrübələr qazanmaq üçün fiziki olaraq həmin ölkəyə getməli və oradan qazandıqlarını da öz ölkənə gətirməlisən
Könüllülük proqramlarında iştirak etməyin universitetlərə qəbul zamanı təsiri varmı?
- Bəli, yüz faiz var. Əvvəlki illərdə azərbaycanlı gənclər təcrübə və könüllülük proqramlarında iştirak etməyə ehtiyac olmadığını düşünürdülər. Yəni, heç bir üstünlük qazanmayacaqlarını hesab edirdilər. Amma biz görürük ki, son illərdə Azərbaycanda kifayət qədər mühüm yarışlar keçirilir. Bu yarışların könüllülük proqramlarında iştirak etmək tələbə üçün üstünlükdür. Düşünün ki, siz artıq CV-də böyük yarışların adını qeyd edirsiniz. Könüllü belə olsanız, iştirak etdiyiniz yarışın adı sizi qəbul edən xarici universitetin diqqətini çəkir. Ona görə də, tövsiyə edirəm ki, tələbələr könüllülük proqramlarında iştirak etsinlər. Bəzən elə hallar olur ki, tələbə xarici universitetə qəbul olmaq üçün mənə müraciət edir. Baxıram ki, yaxşı CV-si var, amma heç bir sosial fəaliyyəti yoxdur.
Könüllü fəaliyyətlərinizdə ən çox yadda qalan hadisə nə olub?
Həmçinin oxuyun
- Mən 30-dan çox könüllü təşkilatlarda fəaliyyət göstərmişəm. "Ədliyyə könüllüləri", "Bir könüllü", "Miqrasiya könüllüləri", "Diplomatiya könüllüləri" və s. ADU-da isə “Gənc politoloqlar qurumu”nun sədri olmuşam. Deputat Jalə Əhmədovanım gənc dostlar layihəsinin üzvü olmuşam. Könüllü fəaliyyətimdə ən yadda qalan hadisə Elm və təhsil naziri Emin Əmrullayevin və Baş Nazir Əli Əsədovun aktiv könüllü fəaliyyətimə görə mənə sertifikat və fəxri fərmanla təltif etmələri olub. Eyni zamanda "Diplomatiya könüllülərində" Ayxan Hacıyevin mənə arayış verməsi ən yadda qalan hadisələrdən biri olub.
Gələcəkdə daha hansı uğurlara nail olmaq istəyərdiniz, ümumiyyətlə hədəfiniz nədir ?
- Gələcəkdə diplomatiya sahəsində fəaliyyət üçün hazırlaşıram. Ən böyük hədəfim və arzum Azərbaycanı siyası arenada təmsil edə biləcək bir diplomat olmaqdır. Bunun üçün əlimdən gələni etməyə çalışıram. Uğurlar biz çalışdıqca əldə olunur. Ona görə də, öz üzərimizdə düzgün işləməliyik. Təhsilimi alıb vətənə geri döndükdən sonra da ən başlıca hədəfim əldə etdiyim bilik, bacarıq və təcrübələri maksimum tətbiq edə biləcək bir peşəkar mühitdə çalışaraq bilavasitə ölkəmə və cəmiyyətimə faydalı olmaqdır. İştirak edəcəyim mötəbər tədbirlər və gələcək peşəkar fəaliyyətim ilə Azərbaycanı davamlı olaraq beynəlxalq müstəvidə təmsil etmək və haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmaq həmişə ən böyük amalım olaraq qalacaq.
Bir çox şəxsi maraqlandıran suallardan biri də budur: "Əgər ortalamam azdırsa, xarici universitetlərə qəbul ola bilərəmmi?" Bu baxımdan, ortalamaları az olan şəxslər nə etməlidirlər?
- Ortalama balı aşağı olduqda, şans azalsa da, xarici universitetlərə qəbul olmaq mümkündür. Məsələn, əgər tələbənin ortalaması 70-dən aşağıdırsa, onun qəbul olmaq şansı 50 faizdir və ya daha aşağıdır. Amma ortalama balı 70-dən yuxarıdırsa, tələbənin qəbul olmaq şansı artır. Əgər tələbənin ortalama balı zəifdirsə, o artıq ən reytinqli universitetə yox, nisbətən orta və ya daha aşağı reytinqli universitetə qəbul ola bilər.
Müsahibəni aldı: aparıcı Nərmin Can
23:43 / 29 İyul 2025
İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır
19
23:13 / 29 İyul 2025
Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
26
20:56 / 29 İyul 2025
Rusiyada konsert verməkdən imtina etdi
30
16:22 / 29 İyul 2025
Qaz olmayacaq
97
15:40 / 29 İyul 2025
Prezidentin sərəncamı 160 mindən çox şəxsə şamil ediləcək
1470
15:24 / 29 İyul 2025
Prezident dəyişikliyi TƏSDİQLƏDİ
206
14:45 / 29 İyul 2025
Rusiya müttəfiqlərinin adlarını AÇIQLADI
111
14:25 / 29 İyul 2025
Moldova Rusiyaya bağlı şirkəti qaz təchizatından kənarlaşdırmaq istəyir
76
14:10 / 29 İyul 2025
Kremldən Trampın ultimatumu ilə bağlı AÇIQLAMA
91
14:08 / 29 İyul 2025
Sabahın havası AÇIQLANDI
723
13:57 / 29 İyul 2025
Rus banklarında nə baş verir?
95
13:53 / 29 İyul 2025
FSB terror aktlarına çağıran Nijni Novqorod sakininin həbsinin görüntülərini yayıb
85
13:25 / 29 İyul 2025
Prezident sərəncam imzaladı :Pul AYRILDI
947
13:14 / 29 İyul 2025
Putindən yeni TƏYİNAT
111
13:11 / 29 İyul 2025
NATO gəmisi Baltik dənizində təcrübələr aparır
82
13:07 / 29 İyul 2025
Messinin saatı sərvət dəyərindədir - QİYMƏTİ
134
12:43 / 29 İyul 2025
Kobranı dişləyən uşaq huşunu itirdi
383
12:37 / 29 İyul 2025
Dənizdən meyitləri TAPILDI
696
12:31 / 29 İyul 2025
Apple ilk dəfə Çindəki mağazasını bağlayır
81
12:20 / 29 İyul 2025
Tarif Şurası QƏRAR VERƏCƏK - 1 manatdan artıq olmayacaq
338
12:07 / 29 İyul 2025
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
146
11:51 / 29 İyul 2025
Qazaxıstan kömürü Rusiya limanları vasitəsilə Avropaya çıxacaq
91
11:39 / 29 İyul 2025
"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)
387
11:37 / 29 İyul 2025
Ermənistanda maye qazın qiyməti kəskin bahalaşıb
82
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.