Qaynar xətt:

(+99450) 247 90 86

Abbaszadə haqqında MARAQLI FAKT: Məşhur şəxsin gəlini olubmuş

Abbaszadə haqqında MARAQLI FAKT: Məşhur şəxsin gəlini olubmuş

CƏMİYYƏT

100

22.11.2026, 10:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda ən stajlı məmurlardan biri də BDU-nun yeni rektoru Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri isə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 il bu qurumun rəhbərliyində təmsil olunub.

73 yaşlı təcrübəli kadrın BDU-ya rektor gəlməsi günlərdir ki,müzakirə mövzusu olaraq qalır.Bu səbəbdən də xanım rektor sosial medianın və cəmiyyətin maraq dairəsində olan şəxsdir.

Oxu24.com  bildirir ki,Məleykə Abbaszadə Xalq yazıçısı,məşhur “General” romanının müəllifi   "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub.

Abbaszadə soyadını O,birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib.M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar.İlqar  Abbaszadə  biologiya elmləri namizədidir.Hazırda ABŞ-də yaşayır.Pedaqoji fəaliyyətlə məşğuldur.

Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb.O,2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.

Qeyd edək ki,İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub.Qızı Lina, oğlu Mikayıl isə ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.

Digər qızı Nərgiz Abbaszadə  1976-cı ilin avqust ayının 7-də Bakıda doğulub.

Bakıdakı 189 saylı orta məktəbi bitirmiş Nərgiz 16 yaşında Xəzər Universitetinə daxil olub.

16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib.

Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb.

Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib.

Azərbaycanca, danimarkca,  ingiliscə və rusca danışa bilən Birk-Petersen müğənni Eldar Qasımov və aparıcı Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub.

Nigar