Qaynar xətt:

(+99450) 247 90 86

Ailə qəzaya düşdü:7 nəfər yaralı var

Ailə qəzaya düşdü:7 nəfər yaralı var

CƏMİYYƏT

52

22.11.2026, 23:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Oxu24.com-un məlumatına görə, hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “QAZ-3110” və “VAZ-21099” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-21099” markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, xəsarət alanlar Xaçmaz rayonunun Əbilyataq kənd sakinləri, bir ailənin üzvləri – ata, ana və onların dörd qız övladıdır.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

APA