Prezident İlham Əliyev Livan lideri Jozef Aunu milli bayram münasibətilə təbrik edib
22 Noyabr 2026, 13:20
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
104
22.11.2026, 20:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırladı, yeni vəzifəsi ilə bağlı qonağı təbrik etdi.
Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri və bu çərçivədə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirdi, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirdi.
ABŞ-nin daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd etdi.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, müxtəlifsəviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd olundu.






19:33 / 22 Noyabr 2026
582
19:20 / 22 Noyabr 2026
109
19:05 / 22 Noyabr 2026
894
18:54 / 22 Noyabr 2026
98
18:49 / 22 Noyabr 2026
135
18:21 / 22 Noyabr 2026
367
18:16 / 22 Noyabr 2026
171
18:02 / 22 Noyabr 2026
146
17:59 / 22 Noyabr 2026
126
16:38 / 22 Noyabr 2026
198
16:29 / 22 Noyabr 2026
145
16:18 / 22 Noyabr 2026
2271
16:00 / 22 Noyabr 2026
238
14:27 / 22 Noyabr 2026
177
14:11 / 22 Noyabr 2026
196
13:47 / 22 Noyabr 2026
568
13:20 / 22 Noyabr 2026
168
12:51 / 22 Noyabr 2026
193
12:30 / 22 Noyabr 2026
403
12:17 / 22 Noyabr 2026
1780
11:38 / 22 Noyabr 2026
2269
11:12 / 22 Noyabr 2026
366
10:51 / 22 Noyabr 2026
1130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.