Ağcaqanadlar insanı dişləmədən nə qədər yaşaya bilir? – Maraqlı faktlar
27 İyul 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
527
18.05.2026, 10:10
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edənlər arasında diqqəti cəlb edənlərdən biri də Esvatini Krallığının kralıdır.
Oxu24.com-un xəbərinə görə, əvvəlki adı Svazilend olan Esvatini dövlətinin ömürlük kralı Əlahəzrət III Msvatidir.
O, ömürlük kraldır. III Msvati beynəlxalq tədbirlərə xalqına məxsus geyim tərzində getməsi ilə həmişə maraq doğurur.
Hazırda Bakıda olan III Msvati haqqında kifayət qədər detallar var.
Əvvəla, kral III Msvati 1986-cı ildən taxtda oturub. O, 14 arvadın sahibidir. Kralın 36 övladı var.
Arvadları Lamatsebula, Lamotsa, Mnqomezuli, Dlamini, Hvala, Maqvaza, Masanqo, Dlamini, Maqonqo, Maxlanqu, Ntenteza, Ntando, Nkambule və Bekondadır.
2011-ci ildə dünya mediasında gedən xəbərlərə görə, onun arvadlarından biri ədliyyə naziri ilə oteldə ələ keçmişdi. Arvad əfv edilsə də, nazir timsahlara yem olmuşdu.
Onu da deyək ki, 2018-ci ildə ölkənin adını dəyişərək Esvatini adlandırıb. "Esvatini" kəlməsi yerli svati dilində "svazilərin torpağı" deməkdir. Kralın açıqlamalarına görə, bu dəyişikliyin səbəbi ölkəninin "İsveçrə" ilə qarışdırılmasıymış.
Kral 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının iclasında da iştirak edib. Yəni Azərbaycana ilk səfəri deyil.
Qeyd edək ki, Esvatini şimaldan cənuba 200 km və şərqdən qərbə 130 km məsafəyə uzanan Afrikanın ən kiçik ölkələrindən biridir. İdarəetmə forması diarxik mütləq monarxiyadır. Paytaxtı rəsmən Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir.
Ndlovukati (Dilimizdə: Dişi fil) ünvanına sahib kralın anası kraliça olaraq kralın yerinə icra dövlət rəhbərliyi vəzifəsini icra edə bilər. Ndlovukati olmaq üçün kralın anası olma əsas sayılmayıb, başqa bir adam da bu vəzifəyə gətirilə bilər. 1986-cı ildən bu yana III. Mswatinin anası olan Ntombi bu vəzifəni icra etməkdədir. Kral sarayı ölkənin iki böyük şəhəri olan Manzini və Mbabane arasında yerləşən Lobambadadır. Kral və Ndlovukatinin ölkədə bir çox pul və markalarının üzərində şəkilləri var.
Ölkədəki mütləq güc kralın əlindədir, məhkəmə, icra və qanunvericilik onun sərəncamındadır.
1973-cü ildə etibarən qadağan olan siyasi partiyaların vəziyyəti 2006-cı ildən bu yana naməlum bir vəziyyətdədir.
İki palatalı parlament Senatdan (30 kürsü; 20-si kral tərəfindən təyin olunur, 10 üzv isə parlamentin digər palatası olan Milli Assambleya tərəfindən müəyyənləşdirilir) və Milli Assambleyadan (65 kürsü; 55 üzv Tinkhundla olaraq adlandırılan seçki bölgələrindən seçilir, 10 üzv kral tərəfindən təyin edilir) ibarətdir. Bundan başa, hər beş ildən bir keçirilən seçkilər ilə həm Senat, həm də Milli Assambleya üzvləri seçilir və təyin edilir.(musavat)
20:19 / 27 İyul 2026
46
20:00 / 27 İyul 2026
71
19:59 / 27 İyul 2026
61
19:46 / 27 İyul 2026
330
19:30 / 27 İyul 2026
90
19:15 / 27 İyul 2026
78
19:13 / 27 İyul 2026
93
19:02 / 27 İyul 2026
80
18:48 / 27 İyul 2026
601
18:45 / 27 İyul 2026
104
18:33 / 27 İyul 2026
75
18:30 / 27 İyul 2026
696
18:22 / 27 İyul 2026
80
18:20 / 27 İyul 2026
2869
18:10 / 27 İyul 2026
94
17:59 / 27 İyul 2026
88
17:40 / 27 İyul 2026
95
17:23 / 27 İyul 2026
194
17:07 / 27 İyul 2026
97
17:00 / 27 İyul 2026
95
16:42 / 27 İyul 2026
93
16:21 / 27 İyul 2026
90
16:18 / 27 İyul 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.